Meyidi tapılan Naminin illər əvvəl verdiyi MÜSAHİBƏ: "Artıq məni ölmüş bilirdilər..."

Meyidi tapılan Naminin illər əvvəl verdiyi MÜSAHİBƏ: "Artıq məni ölmüş bilirdilər..."Xəbər verdiyimiz kimi, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.

BiG.AZ Namin Bünyatovun iki il öncə AzVision.az-a verdiyi müsahibədən maraqlı məqamları oxucuların diqqətinə çatdırır:

Qeyd edək ki, əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin sonradan neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyət göstərib:

-1983-cü ildə Şəmkirdə andan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə uşaqlıqdan böyük həvəs göstərdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum. Orada 3 il oxuduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Orda 4 il kəşfiyyat ixstiası üzrə təhsil almışam. Oranı bitirdikdən sonra ixtisasım üzrə təlim-tədris mərkəzində ixtisaslaşma kursu keçməyə başladım. Artıq leytenant hərbi rütbəsini aldıqdan sonra xidmətə hazır idim.

Təcrübələr göstərir ki, xüsusi təyinatlılarda boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir. Azərbaycan və türk dili ilə yanaşı, ingilis və rus dilində sərbəst danışıram. İngiltərədə ingilis dili ilə bağlı təkmilləşdirmə kursu keçmişəm. Fars dilindən də anlayışım var, danışa bilirəm. Alman və ispan dillərini də müəyyən qədər öyrənmişəm.

- Xüsusi təyinatlılara seçilmək üçün əsas şərtlərdən biri də idmandır. Siz hansı idman növü ilə məşğul olmusunuz?

- Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olmuşam. Amma professional şəkildə hansısa bir idmanın dalınca getməmişəm.

-Orada neçə müddət xidmət etdiniz?

- Demək olar ki, xidmətimin hamısı XTQ-də keçdi. Mən başqa yerdə xidmət etmədim. 5 il orada oldum. Sonra sağlamlığımla əlaqədar, zədə aldığımdan xidməti davam etdirməyi münasib bilmədilər.

- XTQ-dən tərxis olunandan sonra nə işlə məşğul oldunuz?

- Mən aktiv həyat sürməyi xoşlayıram. İndi alpinizmlə məşğul oluram. Eyni zamanda dənizdə, neft platformalarında hündürlük üzrə ip işləri mütəxəssisi kimi çalışıram.

- Dağlara yürüşlər zamanı hansısa təhlükəli, qeydi-adi hadisələrlə rastlaşmısınız?

- Dağa çıxmaq heç də asan iş deyil. Asan dağlar olmur, dağlar təhlükə mənbəydir. Dəmavənd dağında təhlükəli hadisə ilə qarşılaşdım. Dəmavəndə çıxan zaman hava şəraiti pis idi. Buna görə də zirvəyə yalnız iki nəfər azərbaycanlı çıxdıq. Hətta bizə xəbərdarlıq etdilər ki, hava şəraiti pisdir, çıxmaq olmaz. Biz yürüşü təxirə salmadıq. Çətin də olsa zirvəni fəth etdik. Qayıdan zaman sürətim azaldığından anlaşılmazlıq nəticəsində öndə gedən yoldaşdan aralı düşdüm. Üstümdə olan su və yemək tükənmişdi. Yolumu qısaltmaq üçün digər marşurutu seçdim. Ancaq yolumun səhv istiqamətdə olduğunu gördüm. Məcburən əsas marşuruta qayıtdım. Bu, ölümlə nəticələnə bilərdi. Səhərə qədər yol gəldim, Artıq məni ölmüş bilirdilər. Hətta xəbər Azərbaycana da çatmışdı. Vəziyyət o yerə çatmışdı ki, cibimdə götürdüyüm donmuş almanı dişləyirdim ki, dodaqlarım susuzluqdan çatlamasın. Şükürlər olsun ki, bu dəfə də şanslı oldum.... Yeri gəlmişkən, qışda dənizdə çimməyi, paraşutla atlanmağı, işimlə əlaqədar şəhərin yüksək binalarından Bakını seyr etməyi də çox sevirəm. Bir sözlə, yüksəkliklər hər zaman məni xoşbəxt edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2549   Tarix: 17 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb". Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. "Baş katib tərəflər

16:50 0
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 238
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436