Xaləddin İsgəndərov: "Artıq işsizəm, yığışıb gedirəm evə"

Xaləddin İsgəndərov: "Artıq işsizəm, yığışıb gedirəm evə"

Xəbər verdiyimiz kimi, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda ilk olaraq azxeber.com saytı xəbər yayımlayıb.

BiG.AZ xəbər verir ki, Xaləddin İsgəndərov "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: "Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1090 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər