Sürücü özbaşnalığı davam edir - Nəqliyyat Agentliyi niyə susur? - VİDEO

Sürücü özbaşnalığı davam edir - Nəqliyyat Agentliyi niyə susur? - VİDEO

İctiami nəqliyyat vasitələrinin sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməsi vacib şərtlərdən biridir.

Təəssüflər olsun ki, çox vaxt sürücülər bunun məsuliyyətini dərk etmir.

BiG.AZ femida.az-a istinadən xəbər verir ki,Bakı ətrafı qəsəbələrə sərnişin daşınması ilə məşğul olan 204 saylı marşurutun sürücüsü sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub.
Vətəndaşların saytımıza ünvanladığı müraciətə görə,qeyd olunan mənzərə ilə tez-tez rastlaşmaq mümkündür.Bununla bağlı Bakı Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etsələr də, tədbir görən olmayıb.

Femida.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxlayıb.Sektor müdiri qeyd olunan problemlə bağlı araşdırma aparılacağını və əlavə məlumat veriləcəyini qeyd etsə də, əlavə məlumat verməyib.

Xatırladaq ki, təhlükəsizlik qaydalarına görə avtobus sürücülərinin sərnişinlə birgə yanacaq doldurma məntəqəsinə girişi qadağan edilir.

Sərnişin dolu avtobusun yanacaqdoldurma məntəqəsinə necə daxil olmasının görüntülərini təqdim edirik:

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 304 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər