İranda vəziyyət gərginləşdi: xeyli sayda yaralı və ölü var

İranda vəziyyət gərginləşdi: xeyli sayda yaralı və ölü var

İranda yenidən etiraz aksiyaları başlayıb. Bu dəfə Fars əyalətinə bağlı Kazerun şəhərinin əhalisi küçələrə axışıb.

BiG.AZ topxeber.az-a istinadən xəbər verir ki, şəhərin iki hissəyə bölünməsinə etiraz edən vətəndaşlar yerli polis idarəsinin binasını yandırıblar.

Polislə toqquşmalar zamanı ən azı üç nəfər həlak olub, xeyli sayda yaralı var.

Ölü və yaralıların qanlı fotolarını sosial şəbəkələrdə paylaşan etirazçılar polisin gerçək mərmilərdən atəş açdığını bildiriblər.

Qeyd edək ki, ötən ilin sonlarında da İranda işsizlik və bahalaşma ilə bağlı etiraz aksiyaları keçirilmişdi. Ölkənin iri şəhərlərinə yayılna aksiyalarda 20 nəfər həlak olmuşdu.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1667 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər