"Alpinistlərimizin cəsədi tapılan dağın zirvələrinə onların ADI VERİLSİN"

"Alpinistlərimizin cəsədi tapılan dağın zirvələrinə onların ADI VERİLSİN"

"Ya Tufandağın sözün hər iki mənasında alçaq zirvələrinə, ya da elə uçquna məruz qaldıqları o yerə uşaqların adları verilsin".

BiG.AZ xəbər verir ki, bu sözləri itkin düşən alpinistlərimizin cəsədinin tapılmasına münasibət bildirərkən ANS-in keçmiş aparıcısı, ARB TV-nin aparıcısı Rahil Sayadoğlu deyib. O, Tufandağın zirvələrinə mərhum alpinistlərimizin adlarının verilməsini təklif edib:

"Peşəkar 3 dağçı itirdik. 5 ay keçdi, yenə də çox cüzi ümidlər ölmürdüsə, deməli, onların adlarını ölümsüzləşdirməyə dəyər. O qədər əlimizdən heç nə gəlmədi ki, meyitlərinin tapılmasını da donuq şəkildə qarşıladıq. Donmuş şəkildə.. Onlar kimi.. Cavid Qara demiş, Tufandağın çiynindən dağ boyda yük götürüldü. Bu yükü ad olaraq o dağa geri qaytarmaq lazım. Özlərini qoruya bilmədi, heç olmasa adlarını qorusun. Başqa sözlə, dağ onları uddusa, onlara çevrilməlidir... Fəridə olmalıdır, Babura dönməlidir, Namin kimi görünməlidir".

Ruhi

"Alpinistlərimizin cəsədi tapılan dağın zirvələrinə onların ADI VERİLSİN"

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2294 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər