Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı

Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının ilk günüdür.

BiG.AZ bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

Allah orucunuzu qəbul etsin!

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İslam Oxunub: 2156 Tarix: 16.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 17.05.2018
Allah tutulan butun oruclari ,edilen dualari,qilinan namazlari qebul elesin..Amin!!!
Yawin deyil,yawadiqlarin oyreder sene hayati
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər