"İndiki Milli Məclis buraxılmalıdır" - 4 deputatımızın mandatının dondurulmasına MÜNASİBƏT

"İndiki Milli Məclis buraxılmalıdır" - 4 deputatımızın mandatının dondurulmasına MÜNASİBƏT

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.

"İndiki Milli Məclis buraxılmalıdır" - 4 deputatımızın mandatının dondurulmasına MÜNASİBƏT

Bununla bağlı BiG.AZ-a açıqlama verən politoloq Şahin Cəfərli bildirib ki, Səməd Seyidova qarşı tətbiq olunan sanksiyalardan çox, faktın özü önəmlidir:

"Kimsə sanksiyaları sərt, kimsə əhəmiyyətsiz və qeyri-ciddi hesab edə bilər. Amma fakt budur ki, Azərbaycan nümayəndə heyətinin rəhbərinə beynəlxalq təşkilat tərəfindən məlum ittihamlarla sanksiya tətbiq olunub. Bu, ölkə üçün ayıblı və utandırıcı haldır. Bu faktın beynəlxalq səviyyədə təsirlərini biz bəlkə də Bakıdan baxmaqla görməyəcəyik. Amma Azərbaycan təmsilçilərinin beynəlxalq təşkilatlarda dili qısa olacaq. Məsələn, ermənilərin bizim nümayəndələrin çıxışlarına hansı reaksiyaları verəcəklərini yəqin ki, təxmin edirsiniz. Üstəlik, Ermənistanın demokratikləşmə həmləsi həyata keçirərək beynəlxalq nüfuzunu artırmağa başladığı bir dövrdə. İndiki Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 592 Tarix: 16.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər