Bakıda daha bir intihar xəbəri: Bu dəfə bulvarda...

Bakıda daha bir intihar xəbəri: Bu dəfə bulvarda...
Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5397 Tarix: 16.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 16.05.2018
Admin bele a normal xeberleri vermiyin. .xeberi yaymaqla qarwisini almirsizey inkiwaf etdirirsiz
Hersheyim_sen
Hersheyim_sen 16.05.2018
Ehh bu nedir beleNiye bele edirler?!Olum chare deyil hech bir derde!Sadece sebr edin!Bunu unutmayin yashadigimiz butun chetinlikler zorluqlar sadece bir imtahandir ve bizi olgunlashdirir boyudurku biz bir daha o sehvleri cetinlikleri yashamayaq.Biraz tetil veya problemlerdrn uzaqlashmaq yaxshi gelir deymez hech bir shey ugrunda olmeye!Hamimizin zorluqlari chetin donemleri olub !ve olacaqda ama guclu dayanmaq lazimdir heyatin oyunlarina imtahanlarina qarshi!Allah milletimize komek olsun!


 
Vendetta13
Vendetta13 16.05.2018
Həəə.
Millət yavaş yavaş batır gedir,qırılır.Adında qoyuruq psixoloji problem.


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər