"Dövlət büdcəsinə yenidən baxıla bilər" – Millət vəkili

"Dövlət büdcəsinə yenidən baxıla bilər" – Millət vəkiliVahid Əhmədov: "Neftin qiyməti dəyişməzsə, ilin sonuna qədər manat bu səviyyədə qalacaq"

"Həkimlərin, müəllimlərin maaşına yenidən baxılması mümkündür"

"Qeyri-neft sektorunun inkişafına baxmaraq, büdcəmiz hələ də əsaslı şəkildə neftdən asılıdır"

Manatın sabitliyinin təmini, qeyri-neft sektorunun inkişafı, çoxşaxəli və dinamik inkişafın təmin edilməsi ölkə iqtisadiyyatının qarşısında duran ən başlıca məsələlərdən biridir. Hansı ki, məlum sahələrin inkişafı ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı, bilavasitə insanların sosial rifahının yüksəlməsinə təsir edən, bu tərəqqini situmullaşdıran mühüm amillər rolunda çıxış edir. Odur ki, Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə ölkə iqtisadiyyatının mövcud durumu, inkişaf perspektivləri və ümumi mənzərəsini işıqlandırmağa, bu mənzərəyə konkret rəqəmlərin dili ilə aydınlıq gətirməyə çalışdıq.

-Vahid müəllim, öncə ölkəmizin ümumi inkişaf tempi ilə bağlı düşüncənizi bilmək istərdik. Sizcə hazırkı inkişaf dinamikası nə dərəcədə qənaətbəxşdir?

-Son illər Azərbaycanda iqtisadi sahədə ciddi bir problem yaranmayıb. Doğrudur, 2015-ci ildə manat devalvasiyaya məruz qalandan sonra iqtisadiyyatımızda müəyyən problemlər yarandı. Bu problemlər həm iqtisadi inkişaf, həm əhalinin gəlirlərinə, həm də insanların banklarda olan əmanətlərinə, götürdükləri kredtlərə təsir etdi. Amma 2016-cı ilin dekabrında cənab prezident tərəfindən strateji yol xəritəsi imzalandı. Bundan sonra problemin həlli istiqamətində müəyyən addımlar atılmağa başladı. Istər kənd təsərrüfatına, istər sənayeyə diqqət artırıldı. Bu sahələrə dövlət tərəfindən birbaşa yardımlar edilməyə başladı. 2017-ci ildə iqtisadi göstəricilərimiz normal oldu. Ümumdaxili məhsulda, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalında artım və s. müahidə edildi. Habelə, son illərdə ilk dəfə olaraq ixrac idxalı üstələdi. Ticarət balansımızda müsbət saldo yarandı. Bu, Azərbaycan üçün çox əhəmiyyətli hadisə idi.

-Kənd təsərrüfatının ixracındakı bu artım son illər bu sahəyə ayrılan məxsusi diqqətin real nəticəsi kimi dəyərləndirilə bilərmi?

-Şübhəsiz. 2017-ci ildə cənab prezident kənd təsərrüfatına xüsusilə böyük diqqət yetirməyə başladı. Baramaçılıq, ipəkçilik, tütünçülük, üzümçülük və s. sahələrə diqqət artırıldı, əlavə subsidiyalar və dotasiyalar verilməyə başladı. Məhz bunun nətiəsində 2017-ci ildə kənd təəsrrüfatı məhsullarının ixracında təxminən 35% həcmində artım oldu. Bu, qeyri-neft sektorunun valyuta axınını artırması demək idi. Stareteji yol xəritəsinin qəbulunda da əsas məqsəd qeyri-neft sektrunun inkişafı idi.

Qeyri-neft sektoru sahələrinə kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalı daxildir. Bu sahələrə diqqət artırıldı. Turizm sahəsində də ciddi irəliləyiş oldu. Azərbaycana turizm axını 2017-ci ildə təxminən 30% artdı. Doğrudur, turizmdə müəyyən problemlər var. Qiymət, xidmət və s. kimi problemlər var. Lakin yəqin ki, yaxın gələcəkdə bunlar da öz müsbət həllini tapacaq.

-Sizcə bu gün ölkədə iqtisadi tərəqqiyə nail olmaq, iqtisadiyyatın sistemli inkişafını təmin etmək üçün diqqət yetirilməsi gərəkən ən mühüm amil nədir?

-Hesab edirəm ki, indiki halda əsas vəzifələrdən biri milli valyutanın məzənnəsini qoruyub saxlamaqdır. Bu, olduqca böyük əhəmiyyət kəsb edən bir məsələdir. Manat 1,7 səviyyəsində qorunub saxlanılır. Hesab edirəm ki, 2018-ci ilin sonuna qədər manat elə bu səviyyədə qalacaq. Əvvəla hökumətin kifayət qədər ehtiyatı var. Ikincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldo yaranıb. Ixrac idxalı üstələyib. Üçüncüsü, neftin qiyməti də manatın qorunub saxlanılmasına şərait yaradıb. Digər tərəfdən, bank sektorunda atılan addımar – pul kütləsinə nəzarətin gücləndirilməsi manatın stabil qalmasına şərait yaradır. 2018-ci ilin I rübünün də göstəriciləri müsbətdir. Ümümdaxili məhsulda və qeyri-neft sektorunda artım var. Kənd təsərrüfatı məhsullarının ixracında da artım müşahidəe dilir. Əgər 2018-ci ildə neftin qiyməti bu səviyyədə qalarsa, ciddi bir problem olmayacaq.

-Son aylar neftin qiymətinin artması müşahidə edilir. Sizcə bu, dövlət büdcəsinə yenidən baxılmanı təmin edə bilərmi?

-Bəli. Hətta hesab edirəm ki, 2018-ci ilin may ayında dövlət büdcəsinə yenidən baxıla bilər. Büdcədən maliyyələşən qurumların, həkimlərin, müəllimlərin maaşına yenidən baxılması mümkündür. Müəyyən sahələr var ki, ora əlavə investisiya qoymaq lazımdır və hökumətin buna imkanı var. Bu baxımdan büdcəyə yenidən baxılması mümkündür.

-Qeyri-neft sektorunun inkişafının qənaətbəxş olduğunu vurğuladınız. Bu halda əminliklə deyə bilərikmi ki, iqtisadiyyatımızın neftdən asılılığı tədricən azalır?

-Azərbaycan iqtisadiyyatının neftdən asılılığın dövlət başçısı İlham Əliyev həmişə qeyd edib. Yadımdadır. 2004-2008-ci il regionların iqtisadi inkişaf planı ilə bağlı 2004-cü ildə Gülüstan sarayında sözgedən proqramın müzakirəsi gedirdi. 2004-cü ildə İ.Əliyev hökumətin qarşısında iki məsələ qoymuşdu. Birincisi, qeyri-neft sektorunun inkişafı, ikincisi Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi. Bu məsələ həmişə gündəmdə olub. Amma bu məsələ ilə daha ciddi 2016-ci ildən etibarən məşğul olunmağa başlayıb. Strateji yol xəritəsi qəbul edildi, inkişaf istiqamətində daha konkret addımlar atıldı.

2018-ci il üçün neftin qiyməti 45 dollardan götürülsə də hazırda neftin qiyməti 75 dollardır. Neftin qiyməti yüksək olduqca ölkəyə daxil olan gəlirlər də artır. Biz istəsək də, istəməsək də neft amili Azərbaycan iqtisadiyyatında başlıca amillərdən biridir. Doğrudur,qeyri-neft sektorunda inkişaf var. Amma bu inkişaf neftdən asılılığı əsaslı şəkildə azaltmayıb. Lakin bu inkişaf indiki templə getsə, biz 1-2 ildən sonra bunun səmərəsini daha çox görəcəyik.

Son 2-3 ildən neftdən asılılıq müəyyən qədər azalıb. Amma buna baxmayaraq, bu gün mən yenə də deyə bilmərəm ki, dövlət büdcəsi neftdən asılı deyil. Büdcəmiz neftdən asılıdır. Büdcə vəsaitələrini 75-80%-ni neftdn gələn gəlirlər təmin edir. Biz həmişə Neft Fondundan transferi azaltmağa çalışmışıq. Istəyimiz bu olub. Amma indiki şərait buna imkan vermir.

-İndiki şərait buna imkan vermir" dedikdə konkret nəyi nəzərdə tutursunuz?

-Birincisi, xərclərimiz həddindən artıq çoxdur. Ölkəmizdə çox iri layihələr həyata keçirilir. Məsələn, Bakı-Qars dəmir yolu istifadəyə verilib. Hansı ki, onun müəyyən hissələrində iş gedir. İranla Azərbaycan arasındakı dəmir yolu xəttinə də müəyyən vəsait ayrılıb. TANAP-TAP layihəsinə hazırlıq gedir, yəqin ki, yaxın gələcəkdə bu da istifadəyə veriləcək. Bu vəsaitlər isə əsasən Dövlət Neft Fondundan ayrılan maliyyə hesabına formalaşır. Bu templə gedəriksə, qeyri-neft sektorunun inkişaf faizini yüksəldə bilərik. Belə olarsa, dövlət büdcəsinin neftdən asılılığı da azalar. Azərbaycanın dövlət başçısının hökumət qarşısında qoyduğu əsas vəzifə də neftdən asılılığı azaltmaqdır.

Ardı var


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1079   Tarix: 10 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689