Eurovision-2012 mahnımızın Azərbaycan versiyası hazırlanır (Video)

Eurovision-2012 mahnımızın Azərbaycan versiyası hazırlanır (Video)Səbinə Babayeva müsabiqə ərəfəsində bir neçə ölkəyə səfər edəcək
Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Səbinə Babayeva şouya hazırlıqları barədə danışıb.
O, hazırda "When The Music Dies" mahnısının Azərbaycan versiyasının hazırlandığını bildirib. Səbinə Babayeva eyni zamanda müsabiqə ərəfəsində London, Macarıstan və Amsterdama səfər edəcəyini deyib.
"Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsində 13-cü çıxış edəcək Səbinə Babayeva buna çox sevindiyini bildirib. "Püşkatma zamanı 13 rəqəmi altında çıxış edəcəyim məlum olduqda çox sevindim. Çünki bu, mənim ən düşərli və sevimli rəqəmlərimdəndir. Maraqlısı ondadır ki, "Slavyan ulduzu" yarışmasında Qran-pri mükafatını qazananda da məhz 13 nömrə altında çıxış etmişdim. Bu, bir neçə dəfə olub və mənim üçün sevindirici haldır."
"Eurovision 2012″-də digər ölkələrin təmsilçilərindən də danışan Səbinə Babayeva bu il çox güclü təmsilçilərin mübarizə apardığını deyib. "Amma mən rəqabət və ya rəqiblər haqda düşünmək istəmirəm, çünki bütün gücümü məhz şoumuzun hazırlığına sərf edirəm."
"Eurovision 2012″ təmsilçimiz müsahibə zamanı dostları Elnur Hüseynov və Diana Hacıyeva ilə maraqlı kompozisiya da ifa edib. Müsahibədən bir hissəni izləyə bilərsiniz. Geniş reportajı tezliklə gözləyin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2975   Tarix: 30 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390