Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: "Hansısa bir düşük, mənasız sözə..."

Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: "Hansısa bir düşük, mənasız sözə..."
Son günlərdə yenə rayonlu-şəhərli söhbətləri gündəmdə gətirilir.

Bir müddət əvvəl Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri olan Lala Babayevanın “kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı” şərhi də sosial şəbəkədə birmənalı qarşılanmadı və ciddi etirazlara səbəb oldu.

Aydın məsələdir ki, bu tip müzakirələr, söhbətlər nə ilkdir, nə də son olacaq. Görəsən, ayrıseçkiliyə səbəb nədir?

Yenicag.az-a açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bu tip söhbətlər bizim bərabərliyimizi poza bilməz:

“Hansısa bir düşük, mənasız sözə əhəmiyyət vermək lazım deyil. Bir uşaq sözdü deyib, deyib də… Hərdən belə şeylər olur. Bir adamın dediyi sözlə birliyimiz pozulmur ki. Heç mən bilmirəm, şəhərli yoxsa kəndliyəm. 48 ildir ki, Bakıda yaşayıram. Uşaqlarım Bakıda dünyaya göz açıb. İndi onlar ağcabədilidir, bakılıdır, yoxsa ağdamlı? Mənasız adamların mənasız sözlərini şişirtməyə dəyməz. Əvvəllər də belə söhbətlər olub. Bjnlara cavab vermək, alovun üzərinə benzin tökməkdir”.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1467 Tarix: 26.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər