"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALI

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALIBakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra bu gün məktəbdə valideyn iclası keçirilib. İclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALIDirektor Nurqələm Bayramova

BiG.AZ xəbər verir ki, bu barədə virtualaz.org saytına iclasdan çıxan valideynlər məlumat veriblər. "Dedilər ki, uşağın valideynləri qəzada ölüb, onu xalasının himayəsinə veriblər. Xalası da bildirdi ki, uşaq məktəbin tualetində yıxılıb, zorlamada ittiham olunan uşaqlar isə əksinə, ona köməklik ediblər, yerdən qaldırıblar", -valideynlərdən biri söyləyib.

Direktor isə valideyinləri sakitləşdirərək bu məlumatın "qəsdən yayıldığını", məktəbə qarşı "təxribat" olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib.

Valideynlər deyiblər ki, uşağın xalasının hədəsindən sonra heç kim etiraz etməyib, hadisənin düzgün araşdırılmasında israr etməyib. "Görəndə ki, uşağın himayəçisi direktorun dediyini deyir, biz nə edə bilərdik? Ona görə də heç kim məsələnin düzgün araşdırılmasında israr etmədi"-iclasdan çıxan valideyinlərdən biri danışıb.

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALIDirektor Nurqələm Bayramova isə gün ərzində əməkdaşlarımızın telefon zənglərinə israrla cavab verməyib. Ötən gün də əməkdaşlarımız onun mobil telefonuna çoxsaylı zənglər edib, direktor zənglərə cavab verməyib. Məktəbdəki mənbələr deyirlər ki, Xətai rayon Polis İdarəsinin təhqiqatçısı dünən direktorun iştirakı ilə zorakılığa məruz qalan azyaşlının xalasından ifadə alıb.

"Qadın ifadəni təhqiqatçının diqtəsi ilə yazırdı. Təhqiqatçı ona diqtə edib yazdırdı ki, uşağa qarşı seksual zorakılığın olduğu təsdiqini tapmayıb"-mənbəmiz deyir.

DİN-in mətbuat xidməti isə ötən gün saytımıza açıqlamasında "faktın deyilən formada təsdiqini tapmadığını" demişdi.

Xatırladaq ki, direktorun iclasda valideyinlərə dedikləri ilə onun ötən gün məktəbin qarşısına toplaşan valideyinlərin qarşısında dedikləri ilə üst-üstə düşmür. Çünki direktor dünən "10-cu sinif şagirdinin 1-ci sinif şagirdini vurduğu", insidentin ancaq bundan ibarət olduğunu demişdi. İndi isə o, iclasda tamam fərqli versiya ilə çıxış edib.

Xatırladaq ki, valideyinlərin dediklərinə görə direktor məktəbdə baş vermiş seksual zorakılıq cinayətini ört-basdır etmək üçün həmin 10-cu sinif şagirdinin valideyinləri ilə anlaşıb, zorakılığa məruz qalan uşağın xalasına 2 min manat verib. Direktor özü bu deyilənləri rədd edir.

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALI"Uşaq mənim övladımla birgə oxuyur. Oğlum dedi ki, bu gün dərsə gəlib, amma sinifdə heç bir uşaqla danışmayıb. Xalası iclasda dedi ki, onun uşağını biabır etmək istəyənləri cəzalandıracaq, bu onun və məktəbin işidir, digərlərinin qarışması düzgün deyil. Polis də belə hadisənin baş vermədiyini söyləyəndən sonra valideynlərin deməyə sözü qalmadı"-bunu da direktorun iclasında iştirak etmiş başqa valideyin deyir.

Valideynlər onu da əlavə ediblər ki, hadisədən sonra məktəbdə nəzarət gücləndirilib, kənar şəxslər, hətta valideynlər içəri buraxılmır. İbtidai sinif müəllimlərinə uşaqlara nəzarət etmələri tapşırılıb, dərs vaxtı uşaqlar ayaqyoluna buraxılmır. Hadisədən sonra nəzarətçilər təyin edilib, ayaqyolu və dəhlizdə gəzirlər.

Sual yaranır, əgər məktəbdə belə hadisə baş verməyibsə o zaman direktor niyə ayaqyoluna və dəhlizlərə nəzarətçilər təyin edib, uşaqları dərs vaxtı ayaqyoluna buraxmamağı tapşırıb?

Yuxarı sinif şagirdləri isə deyirlər ki, zorlama həqiqətən baş verib, sadəcə məsələni gizlətməyə çalışırlar.

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALI"Hadisə dərs vaxtı olub, tualetdə uşaqdan başqa heç kim yoxmuş. Zorlayanlar qalıb bir kənarda, başqa bir uşağın boynuna qoymağa çalışıblar. Həmin oğlanı uşağa göstəriblər, o da tanımadığını deyib. Direktor həmin uşaqların kim olduğunu yaxşı bilir. Onuncular məktəbə yalnız həftənin 2 günü gəlirlər, digər günlər repititor yanına gedirlər. Eşitdiyimizə görə oğlanların biri məktəbin yaxınlığında yaşayır. Hadisədən sonra qorxusundan məktəbə gəlmirlər"-yuxarı sinif şagirdlərindən biri deyib.

Məktəbdə olan daha bir mənbə isə deyib ki, uşaq ona qarşı iyrənc hərəkət edən 10-cu sinif şagirdinin əlamətlərini sadalayıb-eynək taxır, üzü sızanaqlıdır.

Təhsil eksperti Kamran Əsədli məktəb ətrafında bu qalmaqalı virtualaz.org-a şərh edərkən deyib ki, onun da məktəbdəki mənbələri zorlama hadisəsinin olduğunu təsdiqləyir.

"Kim bu hadisəni ört-basdır edib, balasının başına gəlsin…" - ZORLAMA QALMAQALI"Məktəbdə belə cinayət verirsə, buna görə məktəb direktoru, tərbiyə işləri üzrə müavin və sinif rəhbəri məsuliyyət daşıyır. Hadisə araşdırılanadək hər üçü vəzifəsindən kənarlaşdırılmalıdır. Mən şokdayam, başqa heç nə deyə bilmirəm. Hadisə olubsa və bu işi ört-basdır edirlərsə qoy onların da övladlarının başına belə hadisə gəlsin"-K.Əsədli deyir.

Lakin göründüyü kimi bu cür dəhşətli cinayət əməlinin baş verdiyi iddia edilən məktəbin direktoru, müavini və sinif rəhbəri vəzifələrindən hələ də kənarlaşdırılmayıb. Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva da hələ ortaya çıxıb məktəbdə nə baş verdiyi haqda danışmayıb, məsələyə münasibət bildirməyib və məktəb rəhbərliyi barəsində tədbir görməyib. Hansı ki, təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz M.Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.

"Təhsil işçiləri adətən aşağı əmək haqqından gileylənir. Amma Bakıda elə qadın məktəb direktorları var ki, axırıncı model BMW "Audi" ciplərdə gəzir. Qoy araşdırsınlar görək dəyəri 200 min manata çatan bu avtomobillər həmin direktorlarda haradandır?"-bunu Bakı məktəblərindən birinin müəllimi deyir...

Ü.Xudiyeva
Foto Samirə Həsənovanındır
VİRTUALAZ.ORG


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2977   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0