"Quska"nı Bakı İstintaq Təcridxanasına aparan SƏBƏB

"Quska"nı Bakı İstintaq Təcridxanasına aparan SƏBƏBTürkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən "Quska" ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır.

BiG.AZ xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.
"Quska"nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

Qəzetin yazdığına görə, "Quska" məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. O 2012-ci ildə ölkəni tərk edib Almaniyaya getdikdən sonra haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831