"Laçın" Ticarət Mərkəzində baş verən qızıl çəkişməsi MƏHKƏMƏDƏ

"Laçın" Ticarət Mərkəzində baş verən qızıl çəkişməsi MƏHKƏMƏDƏBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

M. Fərzəliyeva elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, deyib ki, qızıl dükanın sahibi Zümrüd Göyüşovaya 132 min manat deyil, 34 min manat məbləğində borcu qalıb: "Bunun əvəzində 700 qram qızıl vermişəm, Zümrüd Göyüşova qəbul etməyib, qızılları yerə çırpıb və deyib ki, mənə qızıl yox, 134 min manat məbləğində nəğd pul verməlisən. Zümrüd haqsız yerə polisə şikayət edib. Əgər araşdırsaz görərsiz ki, bu, Zümrüdün birinci işi deyil. Neçə şəxsi əsassız yerə polisə verib həbs etdirib".

Sonra şahid qismində Şəfəq Məmmədova ifadə verib. O bildirib ki, 2012-ci ildən zərərçəkmiş Zümrüd Göyüşovun işçisi olub: "Həmin illər ərəfəsində Minarə Fərzəliyeva qızıl alış-verişi edirdi. Bundan istifadə edərək, Zümrüd Göyüşova deyib ki, guya Minarə Fərzəliyeva son 1 il ərzində qızılları götürüb, pulunu verməyib. Və hazırda 134 min manat borcu var. Halbuki, mən Zümrüdün satıcısı olaraq bildirirəm ki, bu, tamamilə yalan ifadədir. Çünki pulları mən qəbul edirdim və bu barədə qeydiyyat dəftərinə imza atırdım. Minarənin ittihamda göstərilən kimk deyil, 34 min manat məbləğində borcu qalıb. Bu da ki, son 2-3 ay ərzində ləngimələrinə görə, bu borc yığılıb. Buna səbəb Minarənin işinin zəifləməsi olub. Şəxsən mən, Zümrüdün işçisi olan müddətdə, Zümrüd mənim adıma bankdan 10 min ABŞ dolları məbləğində götürüb, ödəməyib. Hazırda bu borc mənim üzərimdədir və iş məhkəmədədir".

Prosesdə zərərçəkmiş Zümrüd Göyüşova da ifadə verib. O, vəkilin suallarını cavablandırıb. Z. Göyüşova deyib ki, M. Fərzəliyevaya etibar etdiyi üçün qızılları verib.

Zərərçəkmiş yüksək səslə danışdığı üçün, hakim ona xəbərdarlıq edib.

M. Fərzəliyeva isə qızılları qaytardığını, Zümrüd Göyüşovanın onları qəsdən lom etdiyini deyib.

Prosesdə şahid qismində M. Fərzəliyevanın anası Tamila Fərzəliyeva da ifadə verib. O bildirib ki, Zümrüd Göyüşovaya deyilən məbləğdə bordu yoxdur: "Zümrüdü evimə çağırdım, ona 800 qram qızıl verdim. Amma o, yerə atdı, bunu qəbul etmədi".

Proses mayın 1-də davam etdiriləcək.

İttihama görə, M. Fərzəliyeva qızıl ticarəti adı ilə Zümrüd Göyüşovaya məxsus "Laçın" Ticarət Mərkəzində qızıl dükanından qızıl alıb və geri qaytarmayıb.

mənbə: Sonxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1671   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 710
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1368
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 479
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 236
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

21:45 0
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 285