Mehdiyevdən sərt xəbərdarlıq: onlar həbs olunacaq - VİDEO

Mehdiyevdən sərt xəbərdarlıq: onlar həbs olunacaq - VİDEOPrezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazirlər Kabinetinin tərkibinə daxil edilən kadrları təqdim edərkən həm köhnə komandaya, həm də yeni rəhbərlərə mühüm ismarışlar verib.

Axar.az xəbər verir ki, akademik konkret olaraq "rüşvətxorluğa son qoyulmalıdır" deməklə qurum rəhbərlərinin əsas iş prinsipini müəyyənləşdirib.

O, Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edərkən Azərbaycanın "qapısı"nın şəffaf olmasının vacibliyini xüsusi qeyd edib. Bu, yeni rəisə tapşırıq, keçmiş DMX rəisi Firudin Nəbiyevə isə xəbərdarlıq idi.

Kollektiv qarşısında səsləndirilən sərt açıqlamaları isə təsadüfi hesab etmək olmaz. R.Mehdiyev bununla həm də yeni nazirlərə iş prinsipi və onlara etimadın səbəbini izah etdi.

Sitat: "Miqrasiya Xidmətində şəffaflıq, təmizlik olmalı, rüşvətxorluğa son qoyulmalıdır. Elə olmasın ki, bu neqativliklər baş versə, aidiyyəti insanlar məsuliyyətə cəlb olunsun".

R.Mehdiyevin Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr Fuad Muradovu kollektivə təqdim edərkən də keçmiş sədr Nazim İbrahimovun fəaliyyətsizliyini dilə gətirməsi həm də Muradova bir tapşırıq, onun fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi idi.

Xüsusilə qeyd edək ki, yeni təyinatların orta yaş həddi 44 təşkil edir. Bu sübut edir ki, hökumətin gənc nazirlərə etimadı böyükdür.

Kabinetin yeni tərkibində edilən köklü dəyişiklik və gəncləşdirməni şərh edən iqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında bildirib ki, yeni kadrların təyini islahatlara yeni nəfəsin gətirilməsində mühüm rol oynayacaq:

"Yeni kabinetdə gənclərin və eləcə də yeni simaların olması təqdirəlayiqdir. Hökumətin praktik olaraq postneft dövrünə uyğun gəncləşdirmə aparması və yeni simaları kabinetə daxil etməsi müsbət mesajlar verir.

Əslində kabinetin tərkibi formalaşdırılmamışdan öncə struktur dəyişiklikləri də baş verdi ki, bunu da xüsusilə vurğulamaq lazımdır. Bir neçə qurumun ləğvi və yeni qurumun yaradılması təqdirəlayiqdir".

V.Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı struktur dəyişiklikləri ilə bağlı təkliflər hökumət tərəfindən zaman-zaman qəbul edilir:

"O cümlədən, Antinhisar Xidmətin ayrılması və yeni qurum kimi fəaliyyət göstərməsi də bizim mərkəzin təklifi idi. Təqdirə layiqdir ki, bu təklif də qəbul edildi.

Prosesin davam etdirilməsinə mütləq şəkildə ehtiyac var. Artıq kabinet formalaşır və güman edirəm ki, gələcəkdə də gəncləşdirmə siyasəti aparılacaq.

Artıq postneft dövrüdür və iqtisadiyyatın şaxələnməsi prioritetdir. Xüsusilə kənd təsərrüfatı kimi əhəmiyyətli sahəyə gənc və yüksək səviyyəli şəxsin təyini göstərdi ki, neftdən asılılığın aradan qaldırılması əsas hədəfdir. Bu hədəflərə çatmaq üçün daha çevik və gənc hökumətə ehtiyac var idi. Bu konteksdən də yeni formalaşan hökumət həmin çevikliyin təminatı üçün gənclərə üstünlük verdi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3372   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15.04.2024 479
.

Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər

"Formula 1"ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktın

15.04.2024 216
.

Kosmetoloq bu paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetolo

15:06 0
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 0
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Tokayev Paşinyanı Qazaxıstana rəsmi səfərə dəvət edib

Qazaxıstan prezidenti Qasım Comərd Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı Qazaxıstana rəsmi səfərə dəvət edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Fürsətdən istifadə edərək, hörmətli baş naziri Qazaxıstana rəsmi səfərə dəvət etmək istərdim. Əminəm ki, belə müsbət addımla

15.04.2024 154
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 0
.

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar il

15.04.2024 224