Ərindən boşanan İlahə yenidən ailə həyatı qurmaq istəyir - Video

Ərindən boşanan İlahə yenidən ailə həyatı qurmaq istəyir - Video"ARB Ulduz"un "Şou-məkan" proqramınının növbəti qonağı müğənni İlahə İbadova olub.

BiG.AZ bildirir ki, sənətçi bir müddət hər kəsdən və hər şeydən bezib tərki-dünyalığa çəkilmək istəyib:

"İnsan bir zamanlar elə olur ki, heç kimi görmək istəmir. Həyati yorğunluq ola bilər, ruhən yorğun ola bilərsən. Bilmirəm nə ad verək, amma heç kimi görmək istəmirdim. Dedim şəhərdən çıxım, kənarda dincəlim. Şükür Allaha ki, hər şey zamanla düzələndir. Düzəlməyə doğru gedir. Gözəl bir söz var: "bomba olacaqsan, sən partlayanda hər kəs susacaq"".

Müğənni bəzi həmkarları kimi ola bilmədiyini də etiraf edib:

"Baxıram bizim bəzi müğənnilərimizə danışırlar, gülürlər, hoppanırlar, düşürlər. İnanın ki, mən də elə olmaq istəyirəm, amma ola bilmirəm. Etsəm də, süni çıxar. Bəzən deyirlər özündən razıdır. Nə edim, məni də belə doğublar, belə tərbiyə ediblər".

Efirlərə çıxmadığı müddətdə dərdini gizlətməyi bacaran İlahə İbadova, bəzi sənət dostlarının da onu tək qoymadıqlarını söylədi:

"Mənim nə qədər dərdim, problemim olsa da, hansı qapıdan girmişəmsə, o qədər danışıb gülmüşəm. Hətta elə olub ki, getdiyim yerdəki qonaqlara da demişəm ki, heç nəyi vecinizə almayın. Danışıb gülüb çıxmışam. Bəlkə də, deyiblər ki, bunun heç bir dərdi yoxdur. Amma sağ olsun dostlarım. Məni yalnız buraxmayıblar. İnsan tək qalmaq istəyəndə telefonlara da cavab vermir, tək qalmaq üçün yer axtarırsan ki, gedib düşünəsən".

Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi, təkliflərin olduğunu dilə gətirib.

"Təbii ki, hər bir xanım ailə qurmaq istəyər. Eləcə də mən. Elə bilinməsin ki, təklif edən yoxdur? Var, əlbəttə. Sadəcə, həmişə İlahəni İlahə kimi sevən olmasını arzulamışam. İlahə İbadova kimi mənimlə ailə qurulmasına razı olmaram. Deyib gülməyimə baxmayın. Qəlbi qarayam. Mənim qız övladım var. Qız övladın olmağı çətin məsələdir. Həyatda o qədər şeylər görürük ki, mən anamdan başqa qızımı heç kimə etibar edə bilmərəm".

Yenidən ailə quracağı təqdirdə, qızının həmin adamı qısqanaraq, qəbul edib-etməyəcəyi ilə bağlı, deyəsən, sənətçinin şübhələri var:

"Qızım tək olduğu üçün qısqanc uşaqdır. O haqda fikirləşməmişəm. Onu zaman göstərər. Məncə də bölüşməyi sevməz. Mənə çox bağlı olduğu üçün ağlıma gəlmir ki, məni bölüşə bilər".

Uzun müddət sarı saçlarda gördüyümüz İlahə xanım yeni stilini kifayət qədər bəyəndiyini söyləyib:

"Sarı saç mənə çox yaraşırdı. Bəyənməyən yoxuydu. Sadəcə olaraq, bezdim. İndi saçımı yığmışam. Amma açıq görənlər çox bəyəniblər. Sarı saçda mənə çox göz dəyirdi. Yəqin bu saçda nəzərlə uğur sintez olub, nəsə ortaya çıxarar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1851   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

14:56 501
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1239
.

Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın" - VİDEO

Müğənni Təranə Qumral qızı və kürəkəni ilə "Rəngarəng səhər" verilişinin qonağı olub. xəbər verir ki, sənətçinin Fidanlı adlı qızının musiqiçi həyat yoldaşı aparıcının sualına verdiyi cavabla diqqət çəkib. O, xanımının evdə uşaqlara baxmasını və müğənni olmasını istəmədiyini bildirib. Həya

14.04.2024 1088
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1634
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 802
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1346
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 4513
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1128
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1102