Polisinin 100 illiyi ilə bağlı layihəyə start verildi

Polisinin 100 illiyi ilə bağlı layihəyə start verildi"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra ediləcək "Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi" layihəsi 3 ay davam edəcək. Layihənin əsas məqsədi Azərbaycan Polisinin yaranmasının 100 illiyi ərəfəsində daxili işlər orqanları əməkdaşlarının torpaqlarımızın müdafiəsində göstərdiyi qəhrəmanlığı təbliğ etmək və yol hərəkəti qaydaları ilə bağlı cəmiyyəti maarifləndirməklə respublikamızda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, cəmiyyətdə polisin ictimai nüfuzunun artırılmasına və polisə ictimai dəstək verilməsinə nail olmaqdır.

Təşkilatın rəhbəri Elməddin Muradlı deyir ki, bu il həm də Azərbaycan Polisinin yaranmasının 100 ili tamam olur: "Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, yol qəzalarının əsas səbəbləri, qəzaların qarşısının alınması üçün görülməsi vacib olan tədbirlərlə yanaşı, Azərbaycan polisinin yaranma tarixi, formalaşması, Dağlıq Qarabağ müharibəsində polisin iştirakı ilə bağlı cəmiyyətə məlumat çatdırılacaq. Hazırlanan yazıların Şuranın dəstəyi ilə 2014-cü ildə yaradılan Avtosfer.az saytında yayılmasını təmin etmək nəzərdə tutulur. Bütün bunlar isə cəmiyyətə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı dolğun məlumat verilməsi ilə yanaşı, həm də yol hərəkəti qaydaları, bu sahədə olan yeniliklərin, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin dolğun şəkildə əhaliyə çatdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan Polisinin yaranmasının 100 illiyi ərəfəsində cəmiyyətdə Daxili İşlər Nazirliyinin yaradılması, daxili işlər orqanlarının keçdiyi çətin yol, torpaqlarımızın müdafiəsində şəhid olan polis əməkdaşları ilə bağlı maarifləndirmə işlərinin aparılması, cəbhəyanı ərazilərdə işləyən polislərin xidmətinin cəmiyyətə çatdırılması polisin ictimai nüfuzunun artırılmasına töhfə verəcək, ictimai dəstək olacaq".

E.Muradlının sözlərinə görə, layihə çərçivəsində cəbhə bölgəsinə yaxın Tərtər və Ağdam rayonlarına səfər edilərək yerli daxili işlər orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə məlumatlandırma sessiyası keçiriləcək: "Məlumatlandırma sessiyası zamanı iştirakçılara Azərbaycan polisinin yaranma tarixi, formalaşması, daxili işlər nazirləri, Dağlıq Qarabağ müharibəsində polisin iştirakı, torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan, sağlamlığını itirən qəhrəman polislərin həyat yolu ilə bağlı məlumat veriləcək. Həmçinin, iştirakçılar "Yol hərəkəti haqqında" qanun, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri, yol qəzalarının qarşısının alınması üçün diqqət yetirilməsi vacib olan məsələlərlə bağlı məlumatlandırılacaq. Daha sonra isə cəbhə bölgəsində polisin fəaliyyəti ilə bağlı yazılar hazırlanaraq Avtosfer.az saytında dərc ediləcək. Sonuncu mərhələdə isə Bakı şəhərində Azərbaycan Polisinin yaranmasının 100 illiyinə həsr olunan dəyirmi masa təşkil olunacaq. Daxili İşlər Nazirliyi, Milli Məclisin, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı tədbirdə daxili işlər orqanlarının fəaliyyəti, uğurlar, problemlər və prespektivlər müzakirə olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1110   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133