Qarabağ münaqişəsinin həllini Ermənistandakı siyasi dəyişiklikdə axtarmaq ZƏRƏRLİ YANAŞMADIR - ŞƏRH

Qarabağ münaqişəsinin həllini Ermənistandakı siyasi dəyişiklikdə axtarmaq ZƏRƏRLİ YANAŞMADIR - ŞƏRHSon bir neçə gündə erməni xalqının hakimiyyət əlehinə mitinqləri sonda Serj Sarksiyanın istefa verməsi ilə nəticələndi. Ermənistanda başlayacaq növbəti mərhələnin Qarabağ münaqişəsinə necə təsir göstərəcəyi maraqla gözlənilir.

Qarabağ münaqişəsinin həllini Ermənistandakı siyasi dəyişiklikdə axtarmaq ZƏRƏRLİ YANAŞMADIR - ŞƏRHBununla bağlı BiG.AZ-a açıqlama verən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, prosesin gedişi bundan sonra atılacaq addımlardan asılıdır:

"Ermənistanın fəaliyyətdə olan prezidentinin Armen Sarkisyanın da bəyanatından bəlli oldu ki, Serj Sarkisyanın istefasında onun da müəyyən qədər rolu olub. Bu isə Ermənistanın hakim komandasında da parçalanmanın olduğunu göstərir. Aksiyaların üzdə olan lideri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsini təkid edir. Əgər parlament seçkiləri yenidən keçirilərsə, o zaman Ermənistan parlamentinin siyasi palitrası ciddi şəkildə dəyişə bilər. Qənaətimə görə, prezident Armen Sarkisyan növbədənkənar parlament seçkilərinin keçirilməsində maraqlı görünür. Baş nazir vəzifəsini icra edən "Qarabağ klanı"nın təmsilçisi və Kremlin vassalı Karen Karapetyan isə şübhəsiz ki, növbədənkənar seçkilərin keçirilməsində maraqlı deyil. Çünki nəticə onun xeyrinə olmayacaq. Bu kontekstdə əgər Nikol Paşinyanla hər hansı bir razılıq əldə olunmazsa və parlamentdəki çoxluq növbədənkənar seçkilərin keçirilməsinə qarşı çıxarsa o zaman kütləvi aksiyalar yenidən bərpa oluna bilər. Paşinyan hazırda qalib tərəfdir, ictimai nüfuzu hazırda Ermənistanın bütün siyasətçilərini üstələyir və növbədənkənar seçkilərdə onun və təmsil olunduğu "Çıxış" siyasi partiyalar blokunun uğur qazanacağı şübhəsizdir. Paşinyan da bunun yaxşı başa düşür və çox güman ki, növbədənkənar seçkilərin keçirilməsində israr edəcək. Ermənistanda baş verən proseslərin Qarabağ probleminin həllinə necə təsir göstərə biləcəyinə gəldikdə isə, Serj Sarkisyanın istefasından sonra separatçıların başçısı Bako Saakyanın baş nazir vəzifəsini icra edən Karen Karapetyan tərəfindən qəbul olunması rəsmi İrəvanın mövqeyində hər hansı bir dəyişikliyin baş vermədiyini göstərir. Bütövlükdə mən Ermənistanda baş verən hadisələrin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi ilə birbaşa əlaqələndirilməsinin əleyhinəyəm. Bu, doğru yanaşma deyil. Ermənistanda baş verən proseslər heç bir halda Azərbaycan gündəminə daşınmamalı, Qarabağ münaqişəsinin həllinin işğalçı ölkədəki siyasi dəyişikliklərlə əlaqələndirilməsi istisna olunmalıdır. Bu zərərli yanaşmadır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

20:30 0
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

11:58 98
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

15:17 258
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18:01 172
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

21:00 0
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 377
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

15:38 347
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 683
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1564