Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİ

Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİArtur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

Gələcək Baş Nazir atasını vaxtsız itirir. Yeddi yaşında atası Böyük Vətən Müharibəsində (Krım şəhərində) həlak olur.
Balıqlar bürcünün nümayəndəsi olan A. Rasizadə deyilənə görə, həmin bürcün tipik keyfiyyətlərini özündə əks etdirmir. Bu bürcün əsas xarakterik xüsusiyyətlərinə nəzər salsaq görərik ki, "balıqlar" həmişə diqqət mərkəzindədirlər, öndə olmağı sevirlər. Artur Rasizadə isə cəmiyyətdə daha çox qapalı, iddiasız, sakit təbiətli, təmtəraqdan uzaq insan kimi xarakterizə olunur.

Gələcək Baş Nazir Gəncədə anadan olsa da, orta məktəbi Lənkəranda bitirib. 1952-1957-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib. 1973-1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975-1977-ci illərdə "İttifaqneftmaş" ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olub.

Artur Rasizadənin məmur kimi fəaliyyəti sovetlər dönəminə, ötən əsrin 70-ci illərinin sonu. 80-ci illərinin əvvəlinə gedib çıxır. 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə Azərbaycan KP MK-də maşınqayırma şöbəsinin müdiri kimi mühüm postlar tutan A.Rasizadə az keçmir ki, Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini postunu tutur. Altı il bu vəzifədə çalışır.

Artur Rasizadə peşəkar mütəxəssisdir desək, yəqin ki, yanılmarıq. O, indiyə qədər çoxlu vəzifələrdə işləyib, böyük idarəçilik təcrübəsi var. Dövlət sektoru ilə yanaşı özəl sektorda da iş təcrübəsi var.
AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra A.Rasizadə dövlət idarəçiliyindən kənarlaşdırılır. Bir müddət müxtəlif müəssisələrdə çalışmağa başlayır.

1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyir.

1996-cı ildə Artur Rasizadə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilir. Bir neçə ay sonra isə Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini təyinatı alır. Daha bir neçə ay sonra isə Azərbaycan Respublikasının Baş Naziri postuna irəli çəkir. 1996-cı ilin may ayından Azərbaycan hökumətinə (2003-cü ilin avqust - noyabr ayları istisna olmaqla) rəhbərlik edir.

O bu müddətdə Nazirlər Kabinetinin rəhbəri olaraq çoxsaylı işlər görür, tədbirlər həyata keçirir. Onun rəhbərliyi dövründə Nazirlər Kabinetinin tabeliyində yeni-yeni nazirliklər, komitələr yaradılır. Çoxlu sayda nazirlik və dövlət komitələri isə ləğv olunur.

Artur Rasizadə dahi Azərbaycan ədibi Hüseyn Cavidlə eyni nəsildəndir. Daha dəqiq desək ölkəmizin Baş Naziri dahi ədibin qardaşı nəvəsidir.
A.Rasizadənin atası Tahir Rasizadə kənd təsərrüfatı mütəxəssisi olsa da, ədəbi yaradıcılıqla da məşğul olub. 1942-ci ildə Böyük Vətən müharibəsində, Kerç uğrunda döyüşdə həlak olub.

Baş Nazir həm də peşəkar şahmatçıdır. Sovetlər dönəmində şahmat üzrə keçirilən çoxsaylı çempionatlarda qalib olub.
Artur Rasizadənin bir oğlu var. Oğlu isə bağlı isə ictimaiyyətdə heç bir məlumat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1578   Tarix: 21 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 576
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 76
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 263
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 777
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 4347
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 291
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 484
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 17