Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMA

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMABir neçə gün öncə 17 yaşlı yeniyetmə qız Fatimə Mövlanlı naməlum şəkildə yoxa çıxdı. Ailəsini xəbərsiz qoyan qız 5 gündən sonra nəhayət ki, tapıldı. Rəfiqəsigildə qalan 17 yaşlı qız öz şəxsi hesabından videomüraciət yayaraq məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, məsələ müxalifət düşərgəsinin iddia etdiyi kimi deyil. Hətta Fatimə Mövlanlının anası da açıqlama verərək qızının heç də polis və hüquq-mühafizə orqanları tərəfindən oğurlanmadığını, əksinə, onların onun qızını tapmaq üçün səylərini əsirgəmədiyini bildirdi.

Lakin bütün düyünlər çözüləndən sonra yenidən problemin üzərini qara buludlar aldı. Hansısa formada təsirə məruz qalan, müxalifət düşərgəsindəki hansısa bağlarının ifşa olmasından ehtiyyat edən qızcığaz yaydığı videomüraciəti təkzib edərək hökumət tərəfindən oğurlandığını bildirdi, hətta anası ilə bağlı bir müddət öncə saytımıza verdiyi açıqlamanı da təkzib etdirərək anasının AXCP sədri Əli Kərimlini dəstəkləməsinə dair məlumat yayımladı.

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMAMəsələ ilə bağlı BiG.AZ-a danışan Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva 17 yaşlı qızın qəfil belə fikir dəyişkənliyinə uğramasını onun hansısa formada şantaja və təzyiqə məruz qalması ilə əlaqəli olduğunu ehtimal edib:

"Bu günlərdə 17 yaşlı vətəndaş fəalı Fatimə Mövlamovanın itkin düşməsi və bunun üstündə qurulan çirkin kampaniyanın hamılıqla şahidi olduq. İlk gündən siyasi müxalifətin bir qanadının, 17 yaşlı uşağın itkin düşməsinin hüquq mühafizə orqanlarına bağlanmasının, ardınca bunun belə olmadığını öncə 17 yaşlı yeniyetmənin anasından və sonra da öz şəxsi "Facebook" hesabından etdiyi müraciətdə öz dilindən eşitdik.

Fatima Mövlamovanın anasının və özünün mediada təkzib müraciətinin səsyazısı olmasına baxmayaraq, növbəti mitinq zamanı yaşlı və təcrübəli müxalifət liderinin (Əli Kərimli və Cəmil Həsənli) çıxışı zamanı bu yeniyetmənin hüquq mühafizə orqanlarında girov saxlanılması haqqında etdiyi emosional psixoloji təhriki ilə, qızın öncə kütlə arasında, ardınca isə öz sosial media hesabında müxalifət liderinin fikirlərinin təsdiqlənməsinin şahidi olduq.

Paralel olaraq eyni camiədə bu günlər ərzində kütləvi şəkildə, siyasi təcrubəsiz yeniyetmənin və özünündən də təcrübəsiz ən əsası övladının gələcəyindən narahat olan bir anasının adına onların fikirlərini dəyişməyə yönəlik, onlara ictimai qınaq yaratmağa hesablanmış, reallıqda isə hər ikisinə psixoloji təsir və təzyiq vasitəsi kimi aparılan çirkin təbliğatın şahidi olduq.

Aydın olan budur ki, Fatima Mövlamova və anasının adından danışan və onun ətrafında bu kampaniyanı aparanların bu qızcığazı və anasını təzyiq etmək üçün hansısa bir təsir vasitəsi var.

Bu təsir vasitələrindən biri də şantajdır. Ehtimal edirəm ki, həmin qızı hansısa formada şantaj edərək bu yola, belə açıqlamalara təhrik edirlər, onu anasının ilk öncə verdiyi açıqlamanı təkzib etməyə təhrik edirlər. Görünən isə odur ki, azyaşlı qız o təzyiqlərdən, şantajlardan qorxaraq məcbur belə formada addım atır. Yeniyetməlik yaşına çatmayan bir xanımı bu formada incitmək heç bir əxlaq kodekslərinə uyğun deyil və cəmiyyətimiz tərəfindən də sərt şəkildə qınanılmalıdır".

Fatimə Mövlanlı şantaj edilir? Müxalifət düşərgəsi "Şantaj" maşınını işə saldı - AÇIQLAMAMillət vəkili Aydın Hüseynov açıqlamasında qeyd edib ki, Əli Kərimli və onun düşərgəsində olan insanlardan hər cür çirkin əməli gözləmək olar, onlar azyaşlı qızı şantaj və təzyiq edərək hər bir sözü dedirdə, həqiqəti belə təkzib etdirə bilərlər:

"Əli Kərimlinin lider olduğu qruplaşmadan hər cür iyrənc əməl gözləniləndir. Ölkəmiz, dövlətçiliyimiz, milli mənəvi dəyərlərimiz onun üçün vahid deyil. Onu ancaq şəxsi ambisiyaları və maraqları öndərdir. Bir insan ki, 17 yaşlı bir qızcığazdan bu formada hökumətə qarşı kart kimi istifadə edirsə belə insanın cılızlığı haqqında fikir bildirməyə dəyməz.

Hər şey gözləniləndir o insandan, şantaj da edərək onun fikrini dəyişdirə bilər, onu dediklərini danmağa, təkzib etməyə sövq edə bilər. Təbii ki, yeniyetməlik yaşına çatmayan bir qızdan bu şəkildə istifadə etmək, onu alətə çevirmək heç bir qanunvericiliyə uyğun deyil və ölkəmizdə bütün insan haqqları yüksək səviyyədə qorunur. 17 yaşlı Fatimənin də hüquqlarının bu şəkildə pozulması və nələrəsə təhrik edilməsini qanun pozuntusu kimi qiymətləndirirəm. Bununla bağlı hərhansısa bir tədbirlərin görüləcəyinə heç şübhə etmirəm, qanunlarımızın aliliyinə heç bir şübhəm yoxdur".

Əhməd Haralı
BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2253   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdə

17:00 0
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyi qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub. Yubile

17:30 0
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. "Report"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətləraras

16:10 0