"Pokrovka Məhərrəm" yenidən türmədə

"Pokrovka Məhərrəm" yenidən türmədəBir müddət əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, "Pokrovka Məhərrəm" kimi tanınan Məhərrəm Həsənov yenidən həbs olunub.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, Məhərrəm Həsənov bu gün İstintaq təcridxanasına gətirilib. Xatırladaq ki, daha əvvəl Moskva vilayətinin İstra rayon məhkəməsi onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.

Qeyd edək ki, "Pokrovka Məhərrəm" ilk dəfə bu il martın sonunda həbs olunmuş və Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra elə həmin gün azadlığa çıxmışdı.

"Pokrovka Məhərrəm" Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun "AzFruit" şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Food City" topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm" ləqəbini Moskvanın məşhur "Pokrovsk" bazarını işlədərkən alıb. 2014-cü ilə qədər qalmaqallı "Pokrovsk" Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi...

Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut" şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına ("fura"lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar "haqq" alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, "Yeni Çeremuşki" şirkətinin təsisçiləri idilər.

"Pokrovka"nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, "müqəddəs yer boş qalmır" prinsipindən istifadə edib "Fud-siti" adlı böyük aqroklaster yaratdılar. "Pokrovka"dakı Azərbaycan tacirlərinin əksəriyyəti "Fud-siti"yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1232   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608