"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR

"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR"Kristal Abşeron" ətrafında söz-söhbət səngimək bilmir.

BiG.AZ Avtosfer.Az saytına istinadən xəbər verir ki, 2016-cı ildə Babayeva Kürsüm Fəxrəddin qızı ev almaq üçün sözügedən şirkətə üz tutub.

İlkin ödənişsiz əsaslarla müqavilə imzalayan vətəndaş, bəribaşdan 15 ayın krediti olan 9679,50 manatı Beynəlxalq Banka köçürüb.

Müqavilə şərtlərinə əsasən, ev Kürsüm Babayevaya 2017-ci ilin mayında təhvil verilməli idi. Həmin vaxt "Kristal Abşeron"un baş ofisinə yaxınlaşan vətəndaş maraqlı situasiya ilə qarşılaşıb.

Ona evin təhvil verilməsi üçün həyat yoldaşının da iştirakının mütləq olduğu bildirilib. Ərindən ayrılan qadın indiki durumda keçmiş həyat yoldaşının iştirakının mümkün olmadığını söyləyib. Belə olan halda isə ev vətəndaşa verilməyib. Daha sonra evin Babayevanın yaxınlarının adına keçirilməsi üçün şirkətdən Günay adlı xanım zəng edib. Bunun üçün o, 5000 manata yaxın pulun tələb olunduğunu bildirib. Kürsüm xanım da bunu rüşvət bilərək, şirkətə inanmadığından onların bu təklifindən imtina edib.

Təhvil-təslimdə qadının ərinin iştirakı nə qədər qanunla vacibdir? Bu suala aydınlıq gətirmək üçün hüquqşunas İlqar Musayevlə əlaqə saxladıq. O isə saytımıza açıqlamasında bu tələbin heç bir qanuni əsası olmadığını deyib:

"Ev təhvil verilməsində qadının ərinin razılığına nə ehtiyac var ki? Bunun heç bir hüquqi əsası yoxdur. Əgər vətəndaş evi satmaq, girov qoymaq, sərəncam vermək istəsə, o zaman ərinin razılığına ehtiyac var. Çünki qadın ərindən rəsmi ayrılmadığı üçün ev birgə nikah dövründə alınmış hesab edilir".

Kürsüm Babayeva ev alarkən "Kristal Abşeron"un satış müdiri Elmir Vəliyevlə danışıb. Bu səbəbdən şirkət rəsmisinin də mövqeyini öyrəndik. Hüquqşunasa ünvanlandığımız sualın eynisinin cavabını Vəliyevdən soruşduq: "Gəlib bünövrədən ev alırsınız. Bünövrədən MTK-nın zaminliyi ilə bank kredit açıb. Bünövrədən olan ev necə girovda ola bilər? Nə bilirsiz ki, o qadın banka pul köçürüb? Kürsüm Babayeva banka qara qəpik də ödəməyib. Ödəyibsə də, o pulu banka ödəyib. Mən isə ilkin ödənişsiz ev vermişəm. Evi təhvil almaq üçün yoldaşının özünün iştirakı və yaxud da etibarnamə göndərməsi lazımdır".

P.S. Məsələni diqqətdə saxlayacağıq.

"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR"Kristal Abşeron" vətəndaşın evini vermir: Əsassız tələb, rüşvət... - FAKTLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1352   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260