Qarabağdan İrəvana tank birləşmələri göndərildi: Müharibə başlayır - FOTOLAR

Qarabağdan İrəvana tank birləşmələri göndərildi: Müharibə başlayır - FOTOLARErmənistanda paytaxtında Serj Sərkisyanın baş nazir seçilməsinə və nəticədə hakimiyyətinin ömrünü uzatmasına etiraz olaraq günlərdir davam edən etiraz hərəkatına görə Dağlıq Qarabağdan İrəvana tanklar göndərilib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiyanın "Ekspress qazeta" (EG.ru) nəşri İrəvandakı mənbələrinə istinadən yayıb.

Məlumatda deyilir ki, dünəndən başlayaraq İrəvan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri İrəvana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan tərəfdarlarına bildirib ki, bu gündən Ermənistanda vətəndaş müharibəsi başlayacaq.

Xəbər verildiyi kimi Nikol Paşinyan ötən gün Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib, inqilab komitəsi yaradıb. Onun bildirdiyinə görə, inqilab komitələri yerlərdə hakimiyyəti ələ alacaq.

Hələlik İrəvanda etirazlar dinc məcrada davam edir və polis aksiyaçılara qarşı total güc tətbiqindən çəkinir. Baş verənlər isə Rusiyanın ekspert-siyasi dairələrində, KİV-lərində çox ciddi narahatlıqla izlənməkdədir. Çünki Sərkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meylli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir. Nəticədə Ermənistanda "rəngli inqilab" etmək istəyənlərə Rusiyadan mesajlar verilir ki, bir qədər də irəli getsələr, yəni hakimiyyətin üzərinə qəti hücuma keçsələr Azərbaycan bundan dərhal istifadə edəcək.

Məsələn, "Vzqlyad" qəzetində Andrey Babitski yazır: "Heç bir şübhə yeri yoxdur ki, Ermənistandakı siyasi böhran dərhal qonşu Azərbaycan üçün Dağlıq Qarabağı öz nəzarəti altına qaytarmağa yönəlmiş yeni cəhdlər üçün siqnal olacaq".

Müəllif bildirir ki, Ermənisanda iki millətçi qanad var. Bunlardan radikal millətçilər Rusiya ilə münasibətlərin kəsilməsinə çağırır, hesab edirlər ki, Rusiya Qarabağ məsələsində boşboğazlıqla məşğuldur. Azərbaycana kifayət qədər təsir etmir, əksinə silah satır.

"İkinci qrup millətçilər isə Gürcüstandan, Ukraynadan və digər postsovet respublikalarından bizə yaxşı tanışdır. Onlar Avropaya inteqrasiya tərəfdarıdır və əmindirlər ki, Avropaya, Amerikaya yaxınlaşmaqla acınaqcaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdıracaqlar Habelə indiki rejimin avtoritar kapsulunu sındıracaqlar. İfrat millətçilərlə bu avrointeqrasiya tərəfdarlarını antirusiya əhval-ruhiyyəsi birləşdirir. Bu qüvvələr hesab edirlər ki, Rusiyadan aralanan kimi Ermənistan çiçəklənən və siyasi baxımdan qabaqcıl ölkə olacaq. İndiki situasiya Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ərəfəsinə çox oxşayır".

Müəllif onu da yazır ki, ola bilsin Rusiyaya qarşı dəhşətli və qarşısıalınmaz düşmənçilik bu qüvvələri Dağlıq Qarabağın itirilməsinə dözməyə də kömək edəcək...

Qarabağdan İrəvana tank birləşmələri göndərildi: Müharibə başlayır - FOTOLARQarabağdan İrəvana tank birləşmələri göndərildi: Müharibə başlayır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2062   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 265
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 178
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 982