Sensasiya: Belarus tezliklə Azərbaycana 10 "Polonez" raket kompleksi çatdıracaq

Sensasiya: Belarus tezliklə Azərbaycana 10 "Polonez" raket kompleksi çatdıracaqBu il ərzində Belarus "Polonez" reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 "Polonez" kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə Azərbaycandır!

BiG.AZ xəbər verir ki, bu sensasion məlumatı nüfuzlu "Kommersant" qəzeti yayıb. "Polonez" raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə "Kommersant"a Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və s. daxildir.

Mənbənin sözlərinə görə müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri isə "öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir". Mənbə əlavə edib ki, söhbət Belarus tərəfdən ayrılan kreditdən getmir. Yəni sifarişçi raketləri öz puluna alır. Mənbə sifarişçi açıqlamaq istəməyib. Amma Rusiyanın müdafiə sənayesi müəssisəsinin iki top-meneceri bildirib ki, söhbət Azərbaycandan gedir. Qəzet xatırladır ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən il Belarusda səfərdə olub və "Polonez" komplekslərinə baxış keçirib. Müdafiə naziri yaxın vaxtlarda yenidən Minskə səfər etməyə hazırlaşır.

"Polonez" kompleksləri 2012-ci ildə Moskvanın Minskə "İsgəndər" operativ-taktiki raketlərini verməkdən imtina etməsindən sonra işlənib hazırlanıb. Bu silah prezident Lukaşenkoya "bəzi qüvvələrin fəallaşmasına cavab olaraq" lazım idi. Lakin Rusiya raketləri verməkdən imtina edib, əvəzində təklif edib ki, Rusiya ordusunun "İsgəndər"lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu variant isə Lukaşenkonu qane etməyib və Belarus hərbi sənayesi Çinlə birlikdə taktiki-texniki göstəriciləri "İsgəndər" raketlərinə uyğun olan raket kompleksinin işlənib hazırlanmasına başlayıb.

"Polonez" kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən "Polonez" kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.

Hərbi-sənaye kompleksindəki mənbə "Kommersant"a deyib ki, Azərbaycan çoxdandır qiymət amilinə görə Belarus hərbi sənaye kompleksinin məhsullarına maraq göstərir. İndi isə "Polonez"lərin taktiki-texniki göstəriciləri Azərbaycan silahlı qüvvələrinin tələbatına uyğundur. Mənbə Belarusun Azərbaycana "Polonez" kompleksləri satmasının Ermənistanda narazılıq doğuracağını da deyib.

Qeyd edək ki, Azərbaycan silahlı qüvvələrinin kvaziballistik trayektoriya ilə hərəkət edən, raket əleyhinə sistemlər tərəfindən tutulmayan və 300 kilometr radiuslu raketlərə tələbatı Rusiyanın 2016-cı ilin aprel döyüşlərindən sona Ermənistana 4 "İsgəndər" operativ-taktiki raket kompleksi verməsindən sonra yaranıb. Bu raketləri alandan sonra Ermənistan rəhbərliyi hər addımda lovğalanaraq Azərbaycanla hərbi tarazlığa nail olduqlarını iddia edirdi. İndi isə Azərbaycan Belarusdan daşıdığı raketlərin sayına və deməli atəş gücünə görə "İsgəndər" komplekslərindən daha üstün olan 10 "Polonez" kompleksi alır. Bir "Polonez" kompleksi hər biri 450 kiloqram döyüş başlıqlı 8 raket daşıyır. Müqayisə üçün "İsgəndər" kompleksi hər biri 500 kiloqram döyüş başlıqlı cəmi iki raketə malikdir. Yəni indiki halda Ermənistanın malik olduğu 4 "İsgəndər" kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə Azərbaycanın əldə edəcəyi 10 "Polonez" kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək. //Virtualaz.org

Sensasiya: Belarus tezliklə Azərbaycana 10 "Polonez" raket kompleksi çatdıracaqSensasiya: Belarus tezliklə Azərbaycana 10 "Polonez" raket kompleksi çatdıracaqSensasiya: Belarus tezliklə Azərbaycana 10 "Polonez" raket kompleksi çatdıracaq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1103   Tarix: 18 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 254
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 0
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1583
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 602
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 214
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 283
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 125
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 226