Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı - FOTO

Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı - FOTOÖtən il yenilənən Lökbatan-Qobu avtomobil yolundakı son vəziyyət görənləri təəccübləndirir. Belə ki, yolun asfalt örtüyünün böyük hissəsi sıradan çıxdığı üçün, yenidən üzlənir.

2017-ci ilin aprel ayında "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi"nin internet saytında Lökbatan-Qobu avtomobil yolunun 7.2 km hissəsində asfaltlanma işlərinin yekunlaşdığı haqda məlumat verilmişdi.

Yenilənmiş asfalt örtüyü Lökbatan yolunun üzərində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları istiqamətindən başlayaraq, qəsəbənin mərkəzinə qədər davam edir. Bu yolda heç bir qaşınma işləri aparılmayıb.

Qurumun saytından götürərək bu yazıya daxil etdiyimiz fotolar 2017-ci ilin aprel ayında çəkilib və yolun hazır vəziyyətdə olmasını göstərir. Lakin musavat.com-un əməkdaşının çəkdiyi fotolarda həmin asfalt örtüyündən əsər-əlamət qalmayıb. Qobu kəndinin içərisindən Lökbatana qədər apardığımız müşahidə zamanı bir neçə yerdə asfalt örtüyünün pərakəndə formada yeniləndiyinin şahidi olduq.

Halbuki, bir neçə ay öncə isə bu yolun asfalt örtüyü əla vəziyyətdə idi. Ətrafda yaşayan sakinlər də yenilənən yolun hansı səbəbdən dağıdıldığını anlamaqda çətinlik çəkir. Diqqət edərkən yolun xüsusi texnika ilə qaşındığını sezmək olur. Qaşınan yolda yapışıb qalan asfaltın qırıntı və layları bunun sübutudur. Hazırda yol nəqliyyatın hərəkəti üçün açıq olsa da, qaşınmış vəziyyətdə olduğundan gediş-gəliş xeyli çətinləşib.

Ətrafda tikinti işləri aparan şəxslər yeni asfaltlanan yolun qaşındığını təsdiqlədilər. Yolun qaşınaraq, yenidən təmirə bağlanması onları təəccübləndirib: "Lökbatan-Qobu yolunda iki ildir təmir işləri aparılsa da, yekunlaşdıra bilməyiblər. Kəndin içərisindən Lökbatana qədər ərazidə asfaltlanma işləri getdi. Sözün açığı, iş çox ləng gedirdi. Ötən il toz-torpağın içərisində qaldıq. İndi iş deyəsən yenə uzanacaq. Çəkilən yolu yenidən qaşımağa başladılar. Belə gedərsə, bu il də yol təhvil verilməyəcək. Xaricdə bu müddət ərazində yüz kilometrlərlə yolu təhvil verirlər, bunlar 4-5 kilometrlik yolu hələ də asfaltlaya bilməyiblər. İndi təzədən asfaltlama işləri aparıb, pul siləcəklər".

Qeyd edək ki, daha öncə istifadəyə verilən yolun asfalt örtüyü olsa da, bəzi tamamlanma işləri, məsələn, yolayırıcı xətlərin çəkilməsi, kənarına bordyorların düzülməsi, işıq dirəklərinin quraşdırılması kimi məsələlər qalmışdı. Sözügedən qurum bu işləri görmək əvəzinə vəsaitləri asfalt örtüyünü yenidən çəkməyə yönləndirib. Yol kənarında yaşayış evləri az olduğundan və hər hansı ictimai-iaşə obyektləri olmadığından işıq dirəkləri quraşdırılmayan yola axşam saatlarında zülmət çökür. Bu da sürücülər üçün təhlükə yardır.

Bundan başqa, Qobu kəndinin sakinləri kəndin içərisindən keçən yolda asfalt örtüyünün yenilənməsi ilə bağlı da bəzi məqamlardan şikayətçidirlər. "Xoş gəldin" yeni yaşayış massivinin Ziya Bünyadov küçəsində daha öncə də köhnə asfalt örtüyü qazılaraq, yenisi ilə əvəzlənmişdi. Sakinlər bu işlərin keyfiyyətsiz şəkildə aparılmasından narazıdırlar: "Təxminən bir həftə öncə yol yenilənsə də, artıq sıradan çıxmağa başlayıb. Asfaltlama işlərini apararkən standartlara əməl olunmayıb. Yolun kənarlarında bərkitmə işləri aparılmayıb. İndi həmin yerlər nəqliyyatın hərəkəti ilə ovxalanmağa başlayıb. Bir neçə yerdən yol içəriyə doğru ovxalanır. Asfaltlanma işləri aparılarkən də öz iradımızı bildirdik. Lakin heç bir faydası olmadı. Bu yol bəlkə də 4-5 dəfə təmir olunub. Təbii ki, bu da işin keyfiyyətsiz görülməsindən irəli gəlir. Uzağı bir ay ərzində yol yenidən qəzalı vəziyyətə düşəcək".

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılmışdı.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Yeni Müsavat"a bildirib ki, sözügedən yolda tikinti işləri bitməmişdi: "Lökbatan-Qobu yolunun yenidən qurulması işləri 2016-cı ilin sonlarından başlanılıb. 2017-ci ildə asfalt beton örtüyünün üst qatı vurulub. Havaların yağışlı olması ilə əlaqədar işlər dayandırılmışdı. Sonuncu lay asfaltın aşınma qatının döşənməsi işləri qalmışdı. 2018-ci ilin yazında yenidən işlərə start verilib. Hazırda orda sonuncu layın döşənməsinə hazırlıq və döşənməsi işləri aparılır. Bu ilin yay aylarında yolun tam verilməsi nəzərdə tutulur".

Lökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı - FOTOLökbatan-Qobu yolunun asfalt örtüyü sıradan çıxdı, 2 milyon batdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 292
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 285
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

15:59 118
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 176
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

15:26 119