Faiq Ağayevdən "TRT Müzik" efirində sənət nümayişi – VİDEO

Faiq Ağayevdən "TRT Müzik" efirində sənət nümayişi – VİDEOXalq artisti Faiq Ağayev Türkiyənin "TRT Müzik" kanalında türk sənət musiqisinin sevilən simalarından olan Müşerref Akayın aparıcılığını etdiyi "Aziz dostlar" verilişinin ilk qonağı olub.

Proqram M.Akayın sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aid olan "Çırpınırdı Qara dəniz" mahnısını ifa etməsi ilə başlayıb.

Aparıcı daha sonra Faiq Ağayevi "Azərbaycanın xalq artisti, orada çox sevilən böyük ulduz, əziz dostum Faiq Ağayevi zövqlə dinləyəcəyik" sözləri ilə təqdim edib.

Səhnəyə dəvət olunan xalq artisti illər öncə ifa etdiyi və hələ də dillərdən düşməyən "Dəşti təsnifi"ni səsləndirib.

İfasını bitirən F.Ağayev dəvət üçün M.Akaya təşəkkürün bildirib və yeni verilişi münasibətilə təbrik edib.

Danışıq və efir mədəniyyəti, yüksək intelektual səviyyəsi ilə hər zaman seçilməyi bacaran Faiq Ağayev repertuarında olan sevilən mahnıları "Zanqeyar", "Sən gəlməz oldun", "Nə məsələdir", "Uşaq kimi", "Gəl, səni xoşbəxt eləyim" ilə yanaşı Müşerref Akayla birgə "Sənə də qalmaz" bəstəsini canlı səsləndirib.

İfaçılar "TRT Müzik"in efirində sanki sənət yarışı nümayiş etdirib. Bir-birinin ardınca gözəl musiqilər səsləndirən məşhurlar söhbətə yox, əsl sənətə vaxt ayırıb.

Xalq artisti aparıcıya sürpriz də edib. Belə ki, o, orkestrla birlikdə "Caddelerde rüzgar" mahnısını canlı ifa edib.

Sənət və musiqi haqda söhbətlərin yer aldığı "Aziz dostlar" verilişində M.Akay indiyədək 29 Azərbaycan mahnısı ifa etdiyini və ölkəyə aşiq olduğunu bildirib.

Faiq Ağayev uzun illərdir dostluq etdiyi Müşerref Akayı Azərbaycana da dəvət edib:

"Sizi Azərbaycan xalqı çox sevir. Ona görə də sizə Azərbaycanın gəlini deyirlər. Türk musiqisi ilə ilk sizin səsinizdən tanış olduq. Sizə olan hörmət tam başqadır.

Bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyidir. Bu il Azərbaycana gəlsəniz, bu tam ayrı ləzzət olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1030   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 967
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 1463
.

Murad Dadaşovun ailəsində XOŞ GÜN

Xalq artisti, "Xəzər media"nın rəhbəri Murad Dadaşovun evində xoş gün olub. Sənətçinin oğlu evlilik yolunda ilk addım atıb. Dadaşovun övladının nişan mərasimi keçirilib. (PrimeTime)

14.04.2024 1234
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1434
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 1744
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 771
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1015
.

Ülviyyə Namazova: "Ərim ölməzdən qabaq zəng etdi, acıladım"

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb. -ın xəbərinə görə, o, iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını yol-nəqliyyat hadisəsi zamanı itirdiyini söyləyib. "Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim

18.04.2024 238
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1016