"Bu, məni heç maraqlandırmır..." - Afaq FOTOLAR

"Bu, məni heç maraqlandırmır..." - Afaq FOTOLAR

Aparıcı Afaq Gəncəli son günlər xeyli çəki atması ilə diqqət çəkib.

Axşam.az fotokamerası qarşısına keçən aparıcı arıqlamağından da danışıb. O bildirib ki, ciddi pəhriz saxlayır:

“Heç nə yemirəm, idman da etmirəm. Məşq etməyə icazə yoxdur. Deyirlər tamamilə arıqla, sonra idmana başla”.

Bir müddət əvvəl saçlarını qara rəngə boyayan Gəncəli yenidən köhnə imicinə qayıtmasının səbəbini açıqlayıb:

“Əsl Afaq budur. Hər zaman sarı saçda olmuşam. Qara saçda özüm ola bilmirdim”.

"Bu, məni heç maraqlandırmır..." - Afaq FOTOLAR

Afaq yeni rol aldığı “Məşhur gəlin” filmindən də danışıb. O deyib ki, ekran işinin tamaşaçılar tərəfindən sevilib-sevilməməsi ilə maraqlanmır:

“Bilmirəm sevildi, yoxsa sevilmədi. Bu da məni heç maraqlandırmır. Cavid Gül (Filmin ideya müəllifi - red) dostumdur, təklif etdi və mən də istəyini yerinə yetirdim. Aktrisa deyiləm, aparıcıyam”.

A.Gəncəli daha sonra yeni bir verilişlə tamaşaçıların qarşısına çıxacağını söyləyib:

“Şou xarakterli, böyük bir layihədir. Yeni verilişlə çıxacam. Hazırda onun üzərində işləyirik".

Foto: Ramin ASLANOV

"Bu, məni heç maraqlandırmır..." - Afaq FOTOLAR
"Bu, məni heç maraqlandırmır..." - Afaq FOTOLAR


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1630 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər