Azərbaycanda yanacağın qiymətinin bahalaşacağı gözlənilir (AÇIQLAMA)

Azərbaycanda yanacağın qiymətinin bahalaşacağı gözlənilir (AÇIQLAMA)"Cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub".

SOCAR-dan verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib.
"Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır", - deyə məlumatda vurğulanıb.

Sonxeber.az ölkə daxilində dizel yanacağına olan tələbatın artmasının nə ilə nəticələnə biləcəyini araşdırıb. Məsələ ilə bağlı olaraq iqtisadi ekspert Samir Əliyevdən bir sıra suallarımızı cavablandırıb:

İqtisadçı Azərbaycanda dizel yanacağına olan tələbatın artması onun qiymətinə nə cür təsir edə biləcəyinə də aydınlıq gətirib. O, bildirib ki, 2015-ci ildə neftin qiyməti düşdükdən sonra, manatın devalivasiyası ərəfəsində ölkəmizdə avtomobil sürücülərinin sayı da əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Bu isə yanacağın istifadəsinin azalmasına birbaşa təsir etdi. Dizelə olan tələbatın artması 2015-2016-cı illərdə baş verən devalivasiyanın nəticəsidir. Bu sadəcə özünü indi büruzə verir.

"Ölkəmizdə yanacağın qiyməti xırda istisnalar olmaqla dövlət tərəfindən tənzimlənir. Bizdə qiymət artımının dəqiq səbəbi hələ də məlum deyil. Məsələn, 2013-ci ildə yanacağın qiyməti artdıqda belə əsaslandırıldı ki, dünya bazarında 100 dollar həddini keçib, təxminən 130 dollara gəlib çatıb. Buna görə də yanacağın qiyməti artırıldı. Amma 2015-ci ildə gördüyümüz kimi neftin qiyməti 30 dollaradək ucuzlaşdı. Məntiqlə benzini də qiyməti də ucuzlaşmalı idi. Amma bu baş vermədi. Nəinki baş vermədi hətta yenidən qiymət artımı da müşahidə edildi.

Bizdə neftin qiymətinin dəyişməsi SOCAR-ın istəyi ilə baş verir. Əlbəttə ki, şəffaflıq olmayan yerdə qiymət artımının reallığı nə dərəcədə əks etdirdiyini deyə bilmərik. Yanacaq satan şirkət istədiyi qiymətləri təklif edə bilər. Amma yanacağın qiymətinin artırılmasına ehtiyac olub olmadığını yoxlamaq üçün buna ictimai nəzarət olmalıdır. Hal-hazırda təbii ki qoymət artımı məsələsi gündəmdədir. Belə ki, əgər SOCAR dizelin qiymətini arırsa və bunu təklif etsə mən buna heç də təəccüblənmərəm. Çünki SOCAR qiymətləri artmaq istəyindədir, imkan olan kimi bu addımı atacaq. Ancaq yenə də hökümət yekun qərarı verir", - deyə Samir Əliyev bildirib.

İqtisadçı dizelin qiymətinin artmasının digər kənd təsərrüfatı və sənaye məhsullıarının qiymətinə necə təsir edəcəyi məsələsinə də toxunub. O, bildirib ki, dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətində özünü büruzə verəcək: "Bir neçə müddət bundan əvvəl 95 markalı benzinin qiymətində artım müşahidə edildi. Ancaq bildiyimiz kimi kənd təsərrüfatı texnikaları daha çox 92 markalı benzin və dizellə işləyir. Buna görə də qiymət artımı kənd təsərrüfatı məhsullarının qiymətlərində həmçinin də taksi qiymətlərinin artmasına səbəb olacaq. Yəni dizelin qiymətinin artacağı təqdirdə sosial sahədə bir sıra qiymət artımları müşahidə ediləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1405   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 265
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 285
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 178
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 338
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417