Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıbMilli Məclisin rəhbərliyi, komitə sədrləri və üzvləri deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

"Report"un xəbərinə görə, nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, "İstilik və soyuqluq texnikası" kafedrasının nəzdində "Alternativ və bərpa olunan enerji mənbələri" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.

Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Səməd Seyidov, Fəttah Heydərov, Ağacan Abıyev imzalayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 17 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

15:13 94
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

15:26 110
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 139
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 487
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 216
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 199
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 595