Qrup halında təcavüz ittihamı ilə cəza çəkən məşhur avtoritetin faciəvi sonu

Qrup halında təcavüz ittihamı ilə cəza çəkən məşhur avtoritetin faciəvi sonu
Daha bir tanınmış kriminal avtoritet dünyasını dəyişdi. O, oğru dünyası tarixində ilk və yeganə taclandırılmış adigeyli idi (Adigey Şimali Qafqazda bir respublikadır).

Lent.az-ın məlumatına görə, Mişka Çerkes kimi tanınan 50 yaşlı Məhəmməd Petov Almaniyada dünyasını dəyişdi. Son illər iflic xəstəliyi ilə əlaqədar güclü təsirlərə malik dərmanlar qəbul etmək məcburiyyətində idi.

Mişka Çerkesi 1993-cü ildə erməni məşəli armavirli oğru Nodar Çtamanetyanın təqdimatı ilə taclandırılıb. Bu taclandırmanın isə bir məqsədi var idi - armavirli oğrular adigeylilərlə problem yaşamasınlar. Nodar Çtamanetyanın isə bambaşqa planları var idi, o, bununla özünə maliyyə perspektivləri yaradırdı. Bu məsələdə isə iki ciddi maneə yaranmışdı - məşhur rus oğrularından Vladimir Volkov (Volçok) və Viktor Beqdaş (Şenok) bu namizədliyə etiraz etmişdilər. Onu da qeyd edək ki, Mişka Çerkes qrup halında təcavüz ittihamı ilə cəza çəkib. Bütün bunlara baxmayaraq onu taclandırırlar.

1994-cü ildə Nodar Çtamanetyan avtoqəzada öləndən sonra isə Armavirdə bütün güc Mişka Çerkesə keçir. Get-gedə isə onun nəzarətində olan ərazilərin əhatəsi böyüyür. Bu isə artıq bir çox oğrunun xoşuna gəlmir, əsasən də Ded Xasanın. Buna görə də Mişka Çerkes Dəfələrlə hücumlara məruz qalır. 2003-cü ildə isə onu silahla elə susdururlar ki, birdəfəlik yatağa düşür. Beləliklə, bu aləmdən əlini çəkməyə məcbur olur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1334 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər