Aprel ayında Azərbaycana qar yağdı – VİDEO

Aprel ayında Azərbaycana qar yağdı – VİDEO
Şimal-qərb də soyuq hava özünü daha çox Şamaxının dağ kəndlərində göstərib.

BiG.AZ ARB Şəki-yə istinadən xəbər verir ki, dağlıq ərazilərdə qar yağıb. Qışda həsrət qaldığımız qarın indi yağması təsərrüfatçıları məyus etsə də, Qəbələdə turistləri bir xeyli sevindirib. Yağıntı, əsasən, Şamaxının Çuxuryud-Pirqulu, Dəmirçi-Sis-Qəleybuğurd və Qaladərəsi kəndlərində müşahidə edilib.

Kəndlərdə havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 8-9 dərəcə aşağı düşüb. Aprel ayında qarın yağması sakinlər və kəndə gələn turistlər üçün gözlənilməz olub.

Mehdi Mahmudov - sakin: "Hamımız keçmişik yay təkərinə. Belə hava gözləmirdik. Qarlıyıb, getmək mümkün deyil".

Hamlet Əzizov - turist: "Bakıdan gəlirdik rayona. Heç gözləmirdik ki, belə hava olar. Maşının təkərlərini dəyişdik. Gözəllikdir".

Fillip Filipin - xarici turist: "Əlbəttə, biz heç gözləmirdik qar yağacağını. Buraya gəldikcə isə bu cür mənzərə ilə qarşılaşdıq. Əynimiz də o qədər qalın deyil. Bakıdan çıxarkən hazırlıqsız gəlmişik".

Qarın ən çox düşdüyü ərazi Şamaxının Dəmirçi kəndi olub. Burada qarın hündürlüyü 30-35 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, 20 ilə yaxındır ki, yaz fəslinin ortalarında bu qədər qarın yağmasına rast gəlməyiblər.

Ağahüseyn Hüseyinov - sakin: "20 ildən bir təsadüfən sulu qar yağardı. Apreldə bu qarın yağması mer-meyvəyə ziyandır".

Təsərrüfatçılar qarın yağmasının taxıl sahələri üçün xeyirli olsa da çiçəklənən meyvə ağaclarına ziyan vuracağını düşünür.

Qəbələyə qarın yağması isə turistlərin ürəyincə olub. Rayonun Laza, Qəmərvan, Bum, Durca kəndlərində güclü qar müşahidə olunub. Qış turizmi rayonlarından olan Qəbələyə qarın yağması ilə yenidən canlanma müşahidə olunub.

Zəhra Bəhrani - turist: "İlk dəfədir ki, təbii qar görürəm. Bütün ərəb ölkələrini buraya dəvət edirəm və düşünürəm ki, bizim paylaşımlarımızdan sonra buraya axın çox olacaq".

Qeyri-sabit hava şəraitinin sabahdan etibarən dəyişəcəyi ehtimal olunur.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 767 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər