Bakıda maskalılar yanacaqdoldurma məntəqəsində basqın etdi - ANBAAN VİDEO

Bakıda maskalılar yanacaqdoldurma məntəqəsində basqın etdi - ANBAAN VİDEO

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.

BiG.AZ movqe.az-a istinadən bildirir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 641 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər