Əməkdar artist ölən deputat haqda: "Kaş sağlığında məndən halallıq alaydı..."

Əməkdar artist ölən deputat haqda: "Kaş sağlığında məndən halallıq alaydı..."

“Bu xəbəri eşidəndə çox pis oldum”.

BiG.AZ xəbər verir ki, bu haqda aznews.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova millət vəkili, mərhum Astan Şahverdiyevin ölümündən danışarkən deyib. Müğənni dünyasını dəyişən deputata halallıq verdiyini bildirdi:

“Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Allah ona rəhmət eləsin. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət söyləsin. Mən müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Mən də ürəyi rəhimli, mərhəmətli insanam. Heç kimin malına da yan baxmamışam. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yeməyəsən, ona sahib çıxmağa can atmayasan... Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm".

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev, onun 11 sotdan çox torpağını mənimsəyib. Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2836 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Vendetta13
Vendetta13 16.04.2018
Torpaq mənimsəyənə heçnə düşmür


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər