Yaşar Məmmədov və Fərhad Kazımov Ermənistana səs veriblər

Yaşar Məmmədov və Fərhad Kazımov Ermənistana səs veriblərBeynəlxalq qılıncoynatma federasiyası virtualaz.org-un sorğusuna cavab verib.

Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər. Xatırladaq ki, məhz həmin konqresdə 2018-ci ildə 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatının harada keçiriləcəyi məlum olub.

Hazırda Y.Məmmədov federasiyanın məsləhətçisi, F.Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.

2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Alişer Usmanovun dəstəyi ilə Y.Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.

Azərbaycan nümayəmndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.

Yeri gəlmişkən, Yaşar Məmmədov özü də "Facebook"dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.

Yaşar Məmmədov və Fərhad Kazımov Ermənistana səs veriblər* * *19:25

Bu gün Yerevanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan millisi bu yarışda iştirak etmir.

Lakin maraqlı bir nüans məlum olub. Qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, bugünkü çempionatın harada keçiriləcəyi müəyyən olunarkən Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.

"Biz bu imkanı çətinliklə qazanmışıq, - Navasardyan "Ermənistan xəbərləri" portalına deyib. – 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək".

Yaşar Məmmədov və Fərhad Kazımov Ermənistana səs veriblər2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub. Məhz orada Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər. Maraqlıdır, bəs Ermənistan nə vaxtsa Azərbaycanda yarışların keçirilməsinin lehinə səs veribmi? Axı Bakıda irimiqyaslı turnirlər Yerevana niosbətən qat-qat çox keçirilir.

Misal üçün, 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Birinci Avropa Oyunlarının harada keçiriləcəyi müəyyən edilirdi. Əvvəlcə Ermənistan yarışların Azərbaycanda keçirilməsinə etiraz edirdi, lakin sonradan bunun mənasız olduğunu görüb səsvermədə iştirakdan imtina etdi. Lakin ermənilərsiz də 48 ölkədən 38-i səslərini Azərbaycana verdilər. Ermənilər isə sonradan Avropa Olimpiya Komitəsinin təzyiqi altında Bakıya – Avropa Oyunlarında iştirak üçün gəlməyə razılaşdılar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 59
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 145
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 149
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 564
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 932
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 427
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 377