Əli Əhmədovun müddəti başa çatdı

Əli Əhmədovun müddəti başa çatdı

Azərbaycan baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədovun baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətinin müddəti başa çatıb.

BiG.AZ xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

O deyib ki, Ə.Əhmədov aprelin 12-dən öz vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Əli Əhmədov prezident seçkiləri ilə əlaqədar YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 779 Tarix: 16.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər