"Əməkdar artist küçədə 20 manat borc axtarır"

"Əməkdar artist küçədə 20 manat borc axtarır"Son günlər Akademik Milli Dram Teatrı yenidən gündəmə gəlib. Mətbuatda müxtəlif yazılar dərc olunur və hər bir müəllif baş verənlərə görə teatrın direktoru və baş rejissoru, xalq artisti Azər Paşa Nemətovu ittiham edir.

BiG.AZ xəbər verir ki. bu haqda Teatrın aktyoru Elçin Əfəndi AzNews.az-a müsahibəsində bildirib ki, yıxılan, haqqı tapdanan sənət adamlarını müdafiə etmək aktyorların borcudur:

- Teatr haqqında çox yazırlar. Hər bir fikrə hörmətlə yanaşıram, amma yazanda bir az ədalətə söykənmək lazımdır. Mən içimdəki vicdana söykənəcəm. Yıxılanı baltalamaq asandır. Amma bir adamı baltalayanda azca düşünmək lazımdır. Teatrın direktoru Azər Paşa Nemətov sənətini bilən, insanı başa düşən adamdır, elə həmin tənqid edənlərə yaxşılıqları da az olmayıb. Bundan əvvəlki rejissorlar, direktorlar kimi kobud deyil. Yıxılanı müdafiə etmək də biz aktyorların borcudur. Bəlkə Azər Paşa Nemətovun mənim müdafiəmə ehtiyacı yoxdur, amma yenə də həqiqəti deməliyik.

- Teatrın adla tanınan aktyorları var, hansı ki, tamaşalarda böyük obrazların müəllifidirlər. Bəs onların niyə səsi çıxmır?

- Yoxdurlar! Susurlar... yeri gəlmişkən, burdan onlara səslənirəm: Bu susqunluq nədir? Azər Paşa Nemətov dəhlizdə gələndə onun qarşısında 3 qat əyilirsiniz, arxasınca qaçırsınız. İndi nə oldu? Azər Paşa Nemətovun qarşısında 7-8 qat olanlar var. Mənə çatmır, hanı onlar? Aktyor kimi məni 10 adam tanıyırsa, onları 1000 adam tanıyır. Biri çıxsın o yazanların qarşısına, desin ki, sən böyük səhv edirsən... yoxdur... heç gözləməyək də. "Axırıncı aşırım"da deyir ey, "Kərbalayı, hamı qırılıb, tək qalmışıq". Bax, hazırda teatr o gündədir. Azər Paşa Nemətovla birlikdə gülənlər, təəsüflənənlər, az qalsın siqaretini belə yandıranlar hanı?

- Azər Paşa Nemətovu nədə ittiham edirlər?

- Düzdür, Azər Paşa Nemətovun da çatışmayan səhv cəhətləri var. O, bizim rəhbərimizdir. Onun əsas çatışmayan çəhətlərindən biri özündən başqa teatra başqa rejissor dəvət etməməsidir. Teatrda iki gənc rejissor var, onlar da öyrənməli, püxtələşməlidir. Direktor teatra başqa rejissor dəvət edib onlarla işləməlidir. Birlik olanda qeybət deyil, iş olur. Yoxsa "burda mənəm Bağdadda kör xəlifə"... olmur belə.

- Azər Paşa Nemətov "Azdrama"ya gələndən ora başqa rejissor dəvət olunmayıb?

- Xalq artisti Mərahim Fərzəlibəyov bir tamaşaya quruluş verib. O, da gözün açandan bu teatrın işçisi olub, indi də gəlib-gedir. İkinci tamaşa quran rejissor da Firuddin Məhərrəmov olub, vəssalam. Bununla olmaz, kənardan yenə rejissorlar gəlməlidir, tamaşalar qurulmalıdır. Azər müəllim həm rəhbərdir, həm də rejissor, çatdıra da bilmir. Sözün əsl mənasında tək qalıb. Ona görə kənardan gələcək rejissorlara çox ehtiyac var. Teatr bir xətlə gedə bilməz. Çətindir.

- Azər Paşa Nemətov hansı rejissorları dəvət edə bilər?

- Namiq Ağayev, Əsgər Əsgərov, Bəhram Osmanov, Rövşən Almuradlı... niyə bunlara səhnə verməyək? Gəlsinlər, tamaşa qursunlar, işləsinlər... biz azərbaycanlıyıq. Bakı balaca şəhərdir. Kimi dəvət etsə gəlməz ki? Canla-başla gələrlər. Niyə bu rejissorlar teatrdan kənarda qalsınlar ki? Bunlardan birinə deyirəm ki, niyə gəlib tamaşa qurmursan? Cavab verir ki, "birdən gələrəm, Azər Paşa qəbul eləməz". Nə qədər deyirəm mənasız... Teatrda başqa rejissorlar da olmalıdır. Heç kəs inciməsin.

- Akademik Milli Dram Teatrında ən böyük haqsızlığa uğrayan əməkdar artist Əli Nurdur. Amma bununla belə, o, Azər Paşa Nemətovu müdafiə edir...

- Əli Nur talantlı aktyordur, özü də haqqın yanındadır. Bu gün cəmiyyət dəyişib, kim haqqını müdafiə edirsə sənə dəli adı verirlər. Bu, bizim bədbəxtliyimizdir. Belə düşünə-düşünə qabağa gedə bilmərik. O, xalq artisti fəxri adına layiqdir. O, gəlib bizim qarşımızda böynunu büküb oturanda mənim ürəyim ağrıyır. Elə şeylər var ki, Azər müəllimlik deyil.

- Əməkdar artist İlham Hüseynovun teatrdan çıxarılması ona qarşı haqsızlıq idi?

- Düşmənim də olsa, aktyorun teatrdan çıxarılmasına pis baxıram. Bu, aktyoru evindən çıxatmaqdır. Olmaz. Teatr aktyorun evidir. Onu evindən çıxatmaq - məhv etməkdir. İlham xəstədir. Gərək Azər müəllim İlhamı teatrdan çıxartmayaydı. Bəlkə də bu, onun səhvi oldu. Aktyora səhnə və maaş lazımdır. Bir 10 gün bundan əvvəl, əməkdar artist adını daşıyan aktyor küçədə 20 manat borc pul axtarırdı. Elə ad mənim nəyimə lazım?

- İndi İlham Hüseynovu teatra qaytarmaq mümkün deyil?

- Əlbəttə, mümkündü. Bunun üçün böyüklər yığılıb müzakirə etməli və qərar verməlidirlər. Mən deyə bilmərəm ki, İlham hardasa səhv edib. Bilmirəm. Bir-birini başa düşüb, əl-ələ verib işləsinlər. Buna görə Azər müəllimi ittiham eləmək olmaz. O, aktyora olan diqqətini əsirgəməyib. İsrafil müəllimin adamlarına deyirəm ki, heç nəyə nail ola bilməyəcəksiz.

"Əməkdar artist küçədə 20 manat borc axtarır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3543   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1064
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 420
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 348
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11857
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1128
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 543
.

"Səbri daşıran bir damla olur, instaqramda bir-birimizi izləmirik..." - Ülviyyə

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmalar

20.04.2024 781
.

Aparıcı Tolik: "Axşam mənim verilişimdə idi"

"Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb". Bunu -a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib. O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub:. "Mənim verilişimdə idi

20.04.2024 2484
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2734