Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"

Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"Aprel döyüşləri zamanı düşmən işğalında olan 8 mühüm yüksəklik azad edilib, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib və çoxlu sayda döyüş texnikası sıradan çıxarılıb.

Bu döyüşlər zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri də sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

Yenicag.az aprel döyüşlərində Xüsusi təyinatlı qüvvələrin qrup komandiri olmuş gizir Məmmədov Sərxan ilə müsahibəni sizə təqdim edir:

1991-ci il, aprelin 4-də Bərdə rayon Otuzikilər kəndində anadan olan Məmmədov Sərxan Sənani oğlu 2009-cu ilin aprel ayında Naxçıvanda kəşfiyyat bölüyündə xidmət edib. Xidməti başa vurduqdan sonra Gizir hazırlıq kursuna daxil olub və bundan sonra N saylı hərbi hissənin kəşfiyyat tağım komandiri vəzifəsində işləyib. 4 ay sonra Xüsusi təyinatlı qüvvələr kursuna qatılıb və buranı bitirdikdən sonra Xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayıb. 2018-ci ilin yanvarın 24-ü ordu sıralarından tərxis olub. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilib.

-Aprel döyüşləri zamanı siz hansı istiqamətdə idiniz?
Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"– Döyüş tapşırığı aldıqdan sonra Tapqaraqoyunlu istiqamətinə gəldik. Aprel ayının 1-i səhərə yaxın düşmən səngərinə çatdıq. Yuxarı komandanlıqdan əmr gəldi ki, 40 dəqiqə ərzində Talış kəndini götürməliyik. Kəndi mühasirəyə aldıq. Bizim qruplardan biri düşmən pusqusuna düşdü, onlara köməyə getdik və düşmən qrupunu məhv etdik. Bundan sonra hər kəs öz mövqeyiminə çəkildi. Düşmən boşalmış evlərdə gizləndiyindən böyük evlərin artileriyamız tərəfindən vurulması üçün koordinat verildi. Biz isə digər evlərə girərək gizlənmiş düşmən əsgərlərini məhv etdik.

Üstümüzə yüksək sürətlə gələn "Kamaz"ı mövqe tuturaq pusquya saldıq və sürücünü vurduq. Kamazdan bir zabit düşdü. Ona rusca dedim ki, bura gəl. Gördüm gəlmək istəmir. Əlimlə işarə etdim, yenə gəlmədi. Mənim onun yanına getməyim təhlükəli idi. Tutduğum mövqenin qarşısında dərə var idi, ora enib, yuxarıya qalxmaq olmazdı. Ona görə də nişan alıb, böyründən güllə ilə vurdum. Hazırda xidmətdə olan bir yoldaşımla qaçaraq silahını əlindən almaq istədik. Yanına çatmışdıq ki, əlini cibinə salaraq tapançasını çıxarıb silahını dostuma tuşladı, bu vaxt cəld irəli atılaraq onun başını kəsdim. Hər şey bir göz qırpımında baş verdi və yoldaşımı qorumaq üçün buna məcbur idim. Kamaza baxış keçirdik, avtomobil dolu sursat idi. Mərmini ön posta çatdırırdılar. Həmin öldürdüyümüz zabit "RAST"xidmət rəisi idi, rütbəsi də mayor imiş.

– Kamazı partlatdınız?

Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"– Yox. Komandir dedi ki, bura artıq bizimdir və bu sursat bizə lazım olacaq. Bu zaman xəbər gəldi ki, ermənilər tanklar və toplarla hərəkətə keçiblər. Ancaq vaxt yox idi, düşmən irəliləyirdi. Biz yuxarıdan onlara müqavimət göstərməli idik. Dilsuz adlı yoldaşım "Kamaz"ı partlatmaq üçün əynindəki zirehli jileti çıxarıb, ora tərəf irəlilədi. Ancaq çox keçmədi ki, düşmən tərəfindən vuruldu.

– Zirehli jileti niyə çıxardı?

– Zirehli jilet ağırlıq edirdi. Kamazın yanına gedib-gəlmək üçün isə qaçmaq lazım idi.

– Sonra nə baş verdi?
Erməni zabitin başını kəsən döyüşçü: "Hər şey bir göz qırpımında baş verdi"– Şəhidimiz var idi deyə geri çəkilməli idik. 2 yarımqrupa bölündük. Bir hissəmiz çəkildi, bizim yarımqrup isə orada qaldı və mühasirəyə düşdük. Kömək gəldi, mühasirədən çıxıb, ermənilərin bir postunu aldıq. Digər postu isə ermənilər qoyub qaçdı. Girib oranı götürdük. Şəhid olan yoldaşlarımızı çıxarmaq lazım idi. Tabor komandiri ilə getdik, şəhidlərimizi gətirməyə.

Məmmədov Sərxan söhbətimizin bu yerində duruxur. Fikrə gedir. Bir xeyli səssizlikdən sonra danışmaq istəmirəm deyə bildirir.

Daim bir yerdə olan yoldaşlarımızı cansız görmək…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3066   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 258
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 370
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 402
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 607
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 390
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 926
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 8
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 652
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 414