
Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.
BiG.AZ "Report"a istinadən bildirir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.
Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.
Araşdırma aparılır.
Şikayətiniz varsa Whatsapp: 050 5165251
Bölmə: Xəbərlər Oxunub: 577 Tarix: 16.04.2018