Külək soyğunçuları pulsuz qoydu - VİDEO

Külək soyğunçuları pulsuz qoydu - VİDEO

Britaniyanın Droylsden şəhərində külək soyğunçunun başına oyun açıb.

Oxu.Az-ın xəbərinə görə, hadisənin videosunu Böyük Mançester qraflığı yayıb.

Soyğunçuluq hadisəsi martın 17-də baş verib. İki nəfər turizm agentliyinin işçilərini hədələyərək pulları götürüb.

Hadisə yerindən qaçan zamanı soyğunçulardan biri oğurlanmış pulları şalvarında gizlədib. Lakin güclü külək nəticəsində əsginaslar küçəyə səpələnib. Cinayətkar pulları yığmayaraq hadisə yerindən qaçıb.

Hazırda polis şübhəli şəxslərin axtarışını davam etdirir.


Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 404 Tarix: 15.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Picasso
Picasso 15.04.2018
Kələynən gələn Küləynən gedər


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər