Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsulları

Üşütmə və qızdırma zamanı uşaqlara yardım üsullarıUşaqlarda bədən temperaturunu 37,5 və daha yüksək rəqəmlərə qədər artması onun xəstələndiyini göstərir. Uşaqda üşütmə və ya əksinə, istilik hissiyyatı, əllər və ayaq pəncələri soyuq və ya isti, həmçinin üzün dərisinin solğun və ya açıq qırmızı olması yüksək temperaturun əlamətləri sayılır.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyib: "Bədən temperaturunun yüksək olması xəstəliyin törədicisindən, orqanizmin müqavimətindən və xəstənin yaşından asılıdır. Çünki temperatur orqanizmin infeksiyaya qarşı mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cavab reaksiyasıdır. Mövsümi xəstəliklər, məsələn, virus xəstəlikləri və həyat üçün daha təhlükəli xəstəliklər bədən temperaturunun yüksəlməsi ilə yanaşı gedir. Lakin temperaturun yüksəkliyi heç də həmişə xəstəliyin ağır və təhlükəli olmasını göstərmir. Bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları: qrip və s. kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Təhlükəli infeksiyalarda əksinə, temperatur 38, bəzən daha az olur. Adətən uşaqda temperatur bir az yüksələn kimi valideynlər onu aşağı salmağa çalışırlar, halbuki yüksək temperatur zamanı xəstənin qanında əmələ gələn interferon viruslara öldürücü təsir göstərir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil.

Yalnız temperatur 38,5 və daha yüksək olanda onu aşağı salmaq məsləhətdir. Uşaqda nə vaxtsa, bir dəfə olsa da, yüksək temperatur zamanı qıcolma tutması baş veribsə, ona ciddi nəzarət etmək və 37,5-dən yüksək olmasının qarşısını almaq lazımdır. Çox vaxt uşaqlarda yüksək qızdırma zamanı bəzi valideynlər, xüsusən gənc analar onunla necə mübarizə aparmağı bilmirlər".

Həkim-pediatrın dediyinə görə, qızdırma ilə mübarizə üsulları onun növündən asılıdır. Üşütmə olması, dərinin solğunluğu, əl və ayağın soyuqluğu ağ hipermiya və ya ağ qızdırma adlanır. Belə halda uşağı yatağa uzatmaq, üstünü yorğan və ya odeyalla örtmək, ayaqlarına isti corab, əllərinə əlcək geyindirmək, soyuq olan ətraflarını açıq qırmızı rəng alınana qədər intensiv şəkildə ovxalamaq, limon və ya moruqla isti çay, itburnu dəmləməsi və s. vermək lazımdır. Həmin dövrdə bədəni nəm əski ilə sürtmək və soyuq islatmalar qoymaq olmaz!

"İstiləşmə zamanı dəri qırmızı və ya açıq qırmızı rəngdə olursa, ayaq pəncələri və əllərin istiliyi varsa, buna qırmızı hipermiya və ya qırmızı qızdırma deyirlər. Bu zaman uşağı yüngül geyindirmək, yataqda uzanarkən üstünü nazik odeyal və ya mələfə ilə örtmək, yel çəkməmək şərtilə otağın pəncərəsini və ya nəfəsliyini açmaq, havanın kifayət qədər nəmliliyini təmin etmək üçün döşəməni tez-tez silmək və ya otağa nəmləndirici qoymaq lazımdır. Xəstə uşağa daha çox sərin maye - su, kompot, limonlu çay, itburnu dəmləməsi içirmək məsləhətdir. Tez-tez sidik ifrazı temperaturun enməsinə səbəb olur.

Temperatur zamanı iştahanın olması çətin məsələdir, lakin uşağı zorla yedizdirmək də məsləhət görülmür. Xəstə uşağa kifayət qədər maye içirilməsi intoksikasiyanın, yəni halsızlıq və başağrısının aradan qaldırılması üçün vacibdir. Kiçik yaşlı uşaqlarda temperaturu aşağı salmaq üçün fiziki üsullardan - sərin su ilə imalə, islatma, bədəni nəm dəsmalla sürtmə və s. kimi üsullardan istifadə etmək olar",- deyə həkim tövsiyə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1876   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571