"Apteklərdə orta məktəbi bitirənlər işləyir" - Əczaçılarla bağlı ŞOK AÇIQLAMALAR
Bəzi insanlar orqanizmlərində yaranan ağrı üçün həkim tövsiyəsi olmadan aptekdən hər hansısa araşdırmadıqları dərmanı almaqdan ehtiyat etmirlər. Əksinə, aptekdə əczaçı ilə məsləhətləşib bir dərman preparatı üzərində qərar qəbul edirlər.
Son zamanlar isə aptekdə işləyən əczaçıların tibbi bilik səviyyələri kifayət qədər mübahisəli məsələyə çevrilib.
BiG.AZ bildirir ki, medicina.az-ın əməkdaşı aptekdə işləyən aczaçıların tibbi bilik səviyyələrini yoxlamaq üçün kiçik bir araşdırma edib. O, şəhərdə yerləşən apteklərdən birinə müraciət edib.
Əməkdaşımız satıcıdan göz üçün yorğunluğu aradan qaldıran, vitamin tərkibli damla istəyib. Əczaçı çox axtarış edirmiş kimi görsətsə də dərmanlardan bixəbər olduğunu aşkar edib. Daha sonra satıcı vəzifəsinin nə olduğunu bilmədiyimiz bir orta yaşlı şəxsə yaxınlaşaraq dərman preparatı ilə maraqlanıb. O isə ən yaxşı göz damlasının məhz Vigamox adlı damla olduğunu bildirib. Həmçinin bununla bağlı dərmanların çox olduğunu, ancaq bunun ən yaxşısı olduğunu iddia edib. 12.30 azn olan göz damcısını aldıqdan sonra satıcı verməsə də əməkdaşımız qəbzi tələb edib.
Daha sonra isə dərhal içindəki məlumat kitabçası ilə maraqlandıq və həkimlə məsləhətləşdik. Məlum oldu ki, "ən yaxşı" iddia edilən bu damlanın göz yorğunluğu ilə heç bir əlaqəsi yox imiş. Göz üçün antibiotik olan dərmanın sağlam gözlərə, sadəcə qidalandırılması üçün vurulmasına icazə yox imiş.
Bəs belə hallarla qarşılaşan vətəndaşlar nə etməli?
Məsələ ilə bağlı açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla dərman bazarında, aptek şəbəkələrindəki vəziyyətin heç də ürəkaçan olmadığını bildirib:
"Aptekdə bir əczaçı oturmalıdır. Dünyanın hər yerində belədir. O, dərmanlar haqqında ətraflı məlumata sahib olmalıdır. Orta təhsilli əczaçı da olur ki, o da satışla məşğul olur.
Azərbaycanda təəssüf ki, orta məktəbi bitirən, müxtəlif ixtisas sahibləri aptekdə işləyirlər ki, bu da yol verilməzdir. Səhiyyə Nazirliyinin təlimatına əsasən aptek əczaçının adına rəsmiləşməlidir. Əczaçılıq prosesinə həkim başçılıq etməlidir.
Hazırda kim nə istəsə alır. Reseptsiz dərmanlar buraxılır. Antibiotiklər reseptsiz satılır. Bunlar tamamilə yanlış addımdır.
Satıcılar özlərinə "səlahiyyət" götürüb alıcılara səhv və ya həmin dərmanların əvəzedicisini verirlər. Bəzi həkimlər də müəyyən apteklərlə birgə işlədikləri üçün həmin dərmanları da pasiyentlərə satırlar.
Azərbaycana gətirilən dərmanların idxalından satışına qədər olan hər prosesdə qüsurlar var".
A.Qeybulla aptekdə işləyən şəxslərin xəstələrə hansısa dərmanı tövsiyə etmək, vermək kimi səlahiyyətlərinin də olmadığını vurğulayıb.
"Sizin araşdırdığınız məsələ məsuliyyət yaradan problemlərdəndir. Belə hallarla qarşılaşan insanlar Səhiyyə Nazirliyinə və polisə şikayət edə bilər. Əslində belə işlərlə Səhiyyə Nazirliyi məşğul olmalıdır. Bunlara da son qoymaq lazımdır", - deyə Adil Qeybulla açıqlayıb.
Odur ki, əczaçının sözünə güvənərək öz sağlamlığınızı təhlükə altına atmayın.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYuxusuzluğu aradan qaldıran məlhəm
Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm
22.08.2021 2428 Həddən artıq arıq olmaqdan bezmisiniz?
Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini
08.09.2021 1767 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı
02.09.2021 994 Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960