Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür?

Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür?
Can verən zaman kəlmeyi-şəhadəti söyləyən insan cənnətə düşür, deməyən isə cəhənnəmə gedir?

İnsanın can verən zaman ölüm anındakı vəziyyəti onun öz həyatını necə yaşaması ilə bağlıdır. Belə ki, ömrünü imanla başa vurmuş, saleh əməllər etmiş, böyük günahlara bulaşmamış şəxslər can verən zaman adətən əziyyət çəkmirlər.

BiG.AZ islam.az-a istinadən bildirir ki, ölüm mələyi onların gözünə gözəl qiyafədə görünür və onların canını rahatlıqla alır. İnsan öz ölümünün əziyyətsiz olduğunu görəndə narahatlıq keçirmir, aramlıq içində olur. Əksinə, günahkar həyat sürmüş şəxslər isə ölüm mələyini qorxulu sifətdə görür, bundan dəhşətə gəlirlər. Ölüm mələyi onların canını əziyyətlə alır.

Kəlmeyi-şəhadəti söyləməyə gəlincə, bu, insanın ölümdən sonrakı vəziyyətinin necə olacağına işarə kimi qəbul edilə bilər. Məlumdur ki, bəzi pis insanlar can verən zaman kəlmeyi-şəhadəti söyləməkdən imtina edir, hətta onlara bunu təlqin edəndə boyun qaçırırlar. Bu da onlar üçün əzablı bir axirət aləminin başlamasına işarədir. Amma burada istisnalar ola bilər. Məsələn, kəlmeyi-şəhadəti söyləməyə macal tapmadan ölən adamın o biri dünyada mütləq pis vəziyyətdə olacağını söyləmək yanlışdır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İslam Oxunub: 2215 Tarix: 22.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 23.03.2018
hmmm


 
Gunay_meherremova
Gunay_meherremova 22.03.2018
Her kese olum aninda kelmeyi sehadeti demeyi nesib etsin AMIN


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər