Dollarla bağlı VACİB QƏRAR qəbul edilib

Dollarla bağlı VACİB QƏRAR qəbul edilib
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

BiG.AZ apa-ya istinadən bildirir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5415 Tarix: 21.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
People_need
People_need 22.03.2018
Seçkidən sonra Azərbaycanı daha da qara günlər gözləyir ! Bu millətin axırına çıxacaqlar ! Az qalıb !
Nado_676
Nado_676 21.03.2018
hmm tay deginen ki cetin biz qabag gederik 2,50manat olmasi duz olacag seckilerden sonra yani ki 100$ olacag 250 manat gozun aydin AZERBAYCAN


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər