Bahalaşma olacaq: Ətin qiyməti...

Bahalaşma olacaq: Ətin qiyməti...Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdiriləcək. Qida Təhlükəsizliyi Agentliyinin (QTA) sədri Qoşqar Təhməzli ötən gün keçirilən "Media və təhlükəsiz qida" mövzusundakı brifinqdə deyib ki, ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə layihənin hazırlanması istiqamətində iş gedir: "Bu iş yaxın vaxtlarda yekunlaşdırılacaq və layihə ölkə rəhbərliyinə təqdim ediləcək".

Agentlik sədri onu da qeyd edib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar monitorinq keçirilib: "Monitorinq zamanı Azərbaycanda, təxminən, 111 Baytarlıq Sanitar-Ekspertiza laboratoriyalarının olduğunu öyrəndik və onların şəraitini araşdırdıq. Hesab edirik ki, bu məsələnin qarşısı sırf inzibati qaydada alınmalıdır. Çünki əks halda görülən tədbirlər müvəqqəti xarakter daşıyacaq. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimi məntəqələri yaradılsın".

Qoşqar Təhməzli bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxtətrafı regionlar üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılacaq. Hazırda kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Artıq onların standartları müəyyənləşdirilib və eskizlər çəkilib".

Qurban bayramında Azərbaycanda kütləvi şəkildə heyvan kəsiminin həyata keçirilməsinə də toxunan qurum rəsmisi əlavə edib ki, ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrində ehtiyac olduğu və onların müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır: "Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətrafındakı qəsəbələrdə isə ancaq iribuynuzlu heyvanları müvafiq təsərrüfatlarda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq".

Maraqlıdır, Bakı şəhərində nə qədər ət kəsimi məntəqəsi var?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Cümhuriyət" qəzetinə bildirib ki, qeydiyyatda 11 ədəd ət kəsim məntəqəsi fəaliyyət göstərir: "Bundan başqa ölkədə nə qədər ət kəsim məntəqəsi varsa, qeyri-qanuni fəaliyyət göstərir. Bu isə qanunun tələblərinə uyğun deyil. Onlara qarşı Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyətləri daxilində ciddi mübarizə aparır".

Bakı şəhərində 12 rayon var, bu isə o deməkdir ki, hər rayona heç bir dənə də qanuni qeydiyyatda olan ət kəsim məntəqəsi düşmür. Belə olan halda Qida Təhlükəsizliyi Agentliyinin qanunsuz ət kəsimi yerlərinin ləğv edilməsi barədə hazırladığı layihə qəbul olunacağı təqdirdə, ət qıtlığı ilə bərabər bahalaşma da yaradacaq.

Danılmaz faktdır ki, paytaxtda hər adım başı qanunsuz ət kəsim məntəqələrinə rast gəlirik. Bu məntəqələrdə orta hesabla 2 nəfər işləyirsə, onların fəaliyyəti ləğv edildikdən sonra kütləvi işsizlik ordusu yaranacaq.
O da var ki, bu cür məntəqələrdə ət kəsimi insanların gözü qarşısında olduğu üçün əhali bunu daha təmiz hesab edir. Amma ətin keyfiyyəti, təmizlik və halallıq qaydalarına riayət olunub olunmaması ikinci plana düşür. Bu gün istehlakçını düşündürən yeganə şey aldanmamasıdır...

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət" qəzetinə bildirib ki, hazırda qanunsuz ət kəsimi geniş yayılıb: "Paytaxt da daxil olmaqla ölkə ərazisində əsas ət təminatı məhz qanunsuz ət kəsim məntəqələrində həyata keçirilir. Təbii ki, qanunsuz fəaliyyət son nəticədə nəzarət mexanizmlərinin düzgün tətbiqinə imkan yaratmır. Bu nəzarət mexanizmlərinin də tətbiqi zamanı ortada olan nöqsanlar başqa bir müzakirə mövzusudur. Bu zaman nəzarətçi qurumlar öz səlahiyyətlərini doğru düzgün icra etmirlər və yaxud da müxtəlif formada sahibkar üzərində əlavə xərc, yük formalaşdırırlar.

Hesab edirəm ki, yeni layihənin icrası zamanı nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə və keyfiyyətinin artırılmasına da ehtiyac var. Bununla yanaşı, qanunsuz fəaliyyətlərin məhdudlaşdırılması əhalinin ərzaq təminatının sağlamlaşdırılması, eyni zamanda gigiyenik normalara əməl olunması baxımından əhəmiyyətli məsələdir. Əgər qanunsuz ət kəsimilə məşğul olan məntəqələrin fəaliyyəti dayandırılırsa, bu zaman qanuni ət kəsim məntəqlərinin sayının artırılması ehtimalı yüksəkdir. Bunun üçün sahibkarlar müraciət edəcəklər. Düşünürəm ki, müraciət mexanizmləri də sadələşdirilməlidir ki, sahibkarlar qanuni şəkildə fəaliyyətini təmin edə bilsinlər".

Ətin qiyməti bahalaşacaq...

İqtisadçı onu da qeyd edib ki, ilkin dövrdə məhdud sayda olan məntəqələrdə ətin topdansatış qiymətində artımlar mümkündür: "Yaxud da ola bilər ki, həmin məntəqələr sahibkarlar üçün göstərdikləri kəsim xidmətlərinin qiymətini artırsınlar. Çünki tələbin yüksəlməsi, bu qiymətlərə öz təsirini göstərməklə ətin son satış qiymətində bahalaşmaya gətirib çıxarda bilər. Ona görə də bu istiqamətdə hər hansı addımlar atılarkən məsələyə kompleks baxmaq lazımdır. Yaranacaq risklər əvvəlcədən məhdudlaşdırılmalıdır".

Ekspert onu da əlavə edib ki, ət kəsimi fərqli xidmətdir və ət satışını məhdudlaşdırmır: "Hazırda ətin müəyyənləşdirilmiş standartlar çərçivəsində kəsilməsi məsələsi aktualdır. Bu günə qədər istehlakçının aldadılma ehtimalı daha geniş yayılıb. Tutaq ki, iribuynuzlu heyvan əti əvəzinə at, camış ətinin təklif olunması kimi hallar çox baş verib. Aldadılan vətəndaşların sayı həddən artıq çox olduğu üçün adətən, azərbaycanlı istehlakçılar gözlərinin qarşısında kəsilən heyvan ətlərini almağa üstünlük verirlər".

Rəşad Həsənovun qənaətincə, gələcəkdə bu xidmətlər tamamilə aradan qaldırılarsa, əhalinin məşğulluq səviyyəsinə müəyyən qədər təsir göstərəcək: "Eyni zamanda vətəndaşların rahat şəkildə inanaraq istehlak imkanlarını zəiflədə bilər. Ət kəsimi ilə bağlı yeni mexanizmin tətbiqi zamanı qeyd edilən məqamların da nəzərə alınmasına ehtiyac vardı.

Həmçinin fərdi sahibkarlara kəsimlə məşğul olmaq imkanı üçün icazələrin verilməsi, nəzarətin təmin olunması proseduraları o qədər sadələşdirilməlidir ki, qəsəbələrdə fərdi formada bu işlə məşğul olmaq mümkün olsun. Əks halda, gələcəkdə ət bazarında müəyyən qədər tələbin aşağı düşməsi müşahidə oluna bilər. Çünki istehlakçılarının inamsızlığı fonunda ət məhsullarının istehlakı qida rasionunda azaldıla bilər. Təbi ki, bu addımlar atılarkən məşğulluq məsələləri də nəzərə alınmalıdır. Çünki hazırda əhalinin məşğulluq səviyyəsi ölkənin ən böyük problemlərindən biridir. Demək olar ki, işsizlərin sayı durmadan artır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1922   Tarix: 21 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693