Rəşid Behbudovun məşhur bacısı oğlu tapıldı (Video)

Rəşid Behbudovun məşhur bacısı oğlu tapıldı (Video)80-ci illərin estrada muğənnisi Cəfər Behbudovun harada olduğu artıq məlumdur

Azərbaycan estradasının tanınmış ifaçılarından olan, ötən əsrin 80-ci illərində populyarlaşan Cəfər Behbudovun səsi uzun müddətdir efirdən eşidilmir. Peşəkar estrada Mahnılarının ifaçısı Cəfər Behbudovun 80-ci illərin əvvələrində oxuduğu mahnılar AzTV-də tez-tez nümayiş olunurdu. C.Behbudovun Xalq artisti Flora Kərimova ilə birgə oxuduğu duet o illərin yaddaqalan hit ifalarından biri idi.

Qeyd edək ki, Cəfər Behbudov dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun bacısı oğludur. Onun səsindəki bəzi çalarlar R.Behbudovu xatırladırdı.

Təəssüf ki, 90-cı illərdən sonra onun haqqında heç bir məlumat yoxdur. Modern.az bu tanınmış Azərbyacan estrada müğənnisinin harada olduğu barədə məlumat əldə etməyə çalışıb. Sayta əməkdaşları bir neçə cəhddən sonra Cəfər Behbudov haqqında müəyyən məlumatlar əldə edə bilib. Bu işdə tanınmış radio aparıcısı olmuş Rahib Azəri onlra köməklik göstərib.

Məlum oldu ki, Cəfər Behbudov 1992-ci ildə Azərbyacanı tərk edib. O hazırda Ukraynada yaşayır. Kiyev şəhərində yaşayıb fəaliyyət göstərən C. Behbudov bir çox çətinliklərdən keçməli olub. Ukrayna restoranlarında çıxış edən C.Behbudov Ukraynanın "Seqodnya" qəzetində onun barəsində çıxan yazıdan sonra diqqəti cəlb edib.

Qəzetin əməkdaşları biləndən sonra ki, Kiyev restoranlarının birində əfsanəvi Rəşid Behbudovun bacısı oğlu oxuyur, buna xeyli təəccübləniblər. Cəfərlə görüşən jurnalistlər maraqlı təəssüratlarla ayrılıblar. Cəfər Behbudov qəzetə Polad Bülbüloğlu ilə yenieytmə vaxtılarındakı dostluqlarından, məşhur rus müğənnisi İrina Alleqrova ilə az qala evləndirilməsindən danışıb. O həmçinin dayısı Rəşid Behbudova Mahnı Teatrının yaratmaq üçün necə kömək göstərməsindən bəhs edib.

Material qəzetdə gedən kimi Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları təcili olaraq Cəfər Behbudovu tapıblar. Diplomatik nümayəndəliyin əməkdaşları Cəfər Behbudova deyiblər ki, onun Kiyevdə yaşamasından xəbərsiz olublar və daha restoranda oxumamasını xahiş ediblər.

Ondan sonra "Seqodnya" qəzetinin bir neçə nömrəsini Bakıya göndərən səfirilik C.Behbudova yaşamaq üçün səfirlik binasında yer ayırıblar.

Cəfər Behbudov barədə informasiyalar burda bitir. Onun sonradan nə işlə məşğul olduğu barədə heç bir məlumat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6084   Tarix: 27 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390