Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb

Polis şəhidlərin abidəsini təhqir edənlər haqqında məlumat yayıb
Xəzər Rayon Polis Şöbəsinin İstintaq komitəsinin əməkdaşları əvvəllər naməlum şəxslər tərəfindən təhqir edilmiş üç şəhid qardaşın abidəsini araşdırıblar.

Bu barədə Xəzər Rayon Polis Şöbəsi məlumat verib.

Məlumatda deyilir:

“Hadisə yerində yanmış süni güllər aşkar edilib. Faktla bağlı istintaq tədbirləri aparılır”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Bakının Xəzər rayonunda Qarabağ müharibəsi şəhidlərinin abidəsinə qarşı vandalizm aktı törədilib.

Söhbət Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş üç qardaşın - Vidadi, Xaqani və Hasil Aslanovların abidəsindən gedir.

Şəhidlərdən birinin oğlu Cəsarət Aslanov oxu.az-a bildirib ki, naməlum şəxs çiçəkləri qıraraq, onları abidənin qarşısında yandırıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1145 Tarix: 19.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Avtosh_007
Avtosh_007 19.03.2018
Bunu hec werefsiz insanda ede bilmez mence


 
vetenperver
vetenperver 19.03.2018
Binamuslar...


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər