Sinoptiklər külək vəd edirlər

Sinoptiklər külək vəd edirlər

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7°, gündüz 10-15° isti olacaq.

Martın 19-da Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 16-21° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 10-15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 15-20° isti təşkil edəcək.

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 15-20° isti, dağlarda gecə 0-2°, gündüz 12-17° isti təşkil edəcəyi proqnozlaşdırılır. Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 15-20° isti, dağlarda gecə 2-5°, gündüz 14-17° isti təşkil edəcək.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1460 Tarix: 18.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Gunay_meherremova
Gunay_meherremova 18.03.2018
Bu hava proqnozun veren kimdise bizle mezelenir


 
Farqilit
Farqilit 18.03.2018
Küləyə söylədim ki, gecəni hiss edəndə
Sən yuxuya gedəndə
Fırtınalar qoparsın
Bi göz qırpımında sənin yanına varsın
İncə, zərif səs ilə pışıldasın gizlicə
Səni sevirəm necə...

Küləyə söylədim ki, deymesin buludlara
Məni eşitsin barı
İstəyirəm bu gecə soyuq bir qiş axşamı
Qar yağa, yağış yağa
Hər dərəyə hər dağa
Külək tufan qopara
Sevgilimin nə dərdi var nə qəmi varsa
Hamısını yağış yuyub apara


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər