Pullarını da götürüb ölkəni tərk edən azərbaycanlı oliqarx-milyarder DANIŞDI - AÇIQLAMA

Pullarını da götürüb ölkəni tərk edən azərbaycanlı oliqarx-milyarder DANIŞDI - AÇIQLAMAProfessor İ. Rəhimov: "Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırırıq, Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq".

Rusiyanın RBK.ru internet portalı azərbaycanlı iş adamı, hüquq professoru İlham Rəhimovun "Kiyevskaya ploşad" Qrupuna daxil olan 6 şirkətin səhmdarları sırasından çıxması haqqında informasiya yayıb. Xəbərdə bildirilir ki, professor İlham Rəhimov artıq "Ukraina" hotelinin, "Sadovod" bazarının, "Kaşirkada avtomobil ticarəti mərkəzi"nin, "Qrand" və "Qrand-2" mebel ticarəti mərkəzlərinin səhmdarı deyil. Bundan başqa iş adamı "Kiyevskaya ploşad", "Kiyevskaya ploşad 1" və "Avers 3" satış sənaye şirkətinin təsisçiliyindən də ayrılıb.

Xəbər Azərbaycan mediasında da yer alıb. Rusiya portalında yayılan faktları yerli media professor İlham Rəhimovun Rusiyanı birdəfəlik tərk etməsi kimi qələmə verib.

BiG.AZ xəbər verir ki, iş adamı Musavat.com-a açıqlamasında Azərbaycan mediasında yayılan iddiaları cavablandırıb: "Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Deklorasiyalar təqdim olunur və onlar əsasında vahid baza formalaşdırılır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Alqı-satqı prosesi də şəffafdır. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən "uzaqgörən" nəticələr çıxarmasıdır. Jurnalistlərin hər hansı məqaləyə səs-küy yaradan, faktı qabardan başlıqlar qoymasını anlayışla qarşılamaq olar. Bir daha vurğulayıram – faktı qabardan. Təxəyyül məhsulunu yox. Mənim Rusiyanı tərk etməyə hazırlaşdığımı yazmaq sağlam düşüncənin məhsulu deyil. Bəzi saytların mənə qarşı davamlı qərəzini, qısqanclığını anlamıram. Yazıblar, ona görə də məcburam həqiqəti söyləməklə onları bir az pərişan edim. Nə iddialarımı, nə planlarımı gizlədən insan deyiləm.

Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmırıq. Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir. Birincisi, Moskvada Olimpiya Mərkəzi almışıq, prezident seçkisindən sonra oraya nəhəng investisiya yatırmağı düşünürük. Bundan başqa, Moskvanın mərkəzində nəhəng avtovağzal kompleksi inşa edirik. İndiyə qədər Rusiya paytaxtında belə iri həcmli avtovağzal olmayıb. Üçüncüsü isə yaxın zamanlarda sahib olduğumuz Food City-nin şəhərin mərkəzində filialını açmağa hazırlaşırıq. Çox güman, bu məkan da seçkidən qısa müddət sonra açılacaq. Göründüyü kimi, biz Moskvanı tərk etməyə yox, orada biznesimizi daha da genişləndirməyə hazırlaşırıq".

"Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir"

Yerli media İlham Rəhimovun Rusiyanı tərk etməsini 6 şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə "əsaslandırıb". Professor Rəhimov bu məsələnin "elmi sirrini" də açır:"Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm. Məqalədə Nəriman Ramazanovun adı çəkilir ki, onun ümumiyyətlə bizim Rusiyadakı biznesimizə aidiyyatı yoxdur. O, Bakı ofisimizdə hüquqşünasdır".

Məqalədə biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq professor Rəhimovun adının orada olmamasına da toxunulub. İş adamı bildirir ki, bu, onun Azərbaycan vətəndaşı olması ilə bağlıdır: "Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam".

RBC.ru iş adamını varidatı ilə bağlı hissədə "Forbs" jurnalının 2014-cü ildəki rəqəmlərinə yer ayırıb. Həmin bilgiyə görə, İlham Rəhimovun əmlakı 500 milyon dollar göstərilib. Professor Rəhimov ən yeni rəqəmləri Musavat.com-a açıqlayıb: "Göründüyü kimi, bu informasiya 4 il öncənindir. Dəqiq rəqəm səsləndirməkdə çətinlik çəkirəm, ancaq onu deyə bilərəm ki, 4 ildə bu rəqəm bir neçə dəfə böyüyüb".

Pullarını da götürüb ölkəni tərk edən azərbaycanlı oliqarx-milyarder DANIŞDI - AÇIQLAMAPullarını da götürüb ölkəni tərk edən azərbaycanlı oliqarx-milyarder DANIŞDI - AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1573   Tarix: 14 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259