Özünü binadan atan qızı göydə tutan kişi: "Onu oteldə qarşımda ..." - VİDEO

Özünü binadan atan qızı göydə tutan kişi: "Onu oteldə qarşımda ..." - VİDEO
Bir həftə öncə Türkiyənin İzmir şəhərində yanğın zamanı otelin pəncərəsindən özünü atan Belarus əsilli qadınla onu havada tutaraq ölməkdən xilas edən şəxs görüşüb.

Belarus əsilli Inna Blokna möcüzəvi şəkildə onu xilas edən Adnan Bilgiçlə bir araya gəlib.

25 yaşlı Inna Blokna üç uşaq atası olan 40 yaşlı Adnan Bilgiçə "Sənə minnətdaram, həyatımı xilas etdin" sözləri ilə təşəkkür edib.

Inna Blokna ilə Adnan Bilgiçin görüşü duyğusal anlara səhnə olub. Inna Blokna "O hər zaman yaddaşımda qəhrəmanım olaraq yaşayacaq. Bu gün yaşayıramsa və şikəst qalmadımsa, birbaşa Adnan qardaşımıza borcluyam. Mən yuxarıda çarəsiz qalarkən hər kəs seyr edib, kameraya çəkirdi. Amma Adnan böyük bir insanlıq nümunəsi göstərdi. Bundan sonraki həyatımda Adnan Bilgiç mənim hər zaman qardaşım olaraq qalacaq. Adnanın həbsxanaya girəcəyini öyrəndiyim üçün çox məyusam. Tez bir zamanda cəzasını çəkib, yanımıza qayıtmağını səbirsizliklə gözləyirəm" deyib.

Adnan Bilgiç bunları söyləyib: "Bir can xilas etmək çox gözəldir. Oteldə onu qarşımda sap-sağlam görüncə, gülər üzünü görüncə çox xoşbəxt oldum. Mənə təşəkkür etməsi və minnətdarlığını bildirməsi ən gözəl sərvət, ən gözəl xoşbəxtlik. Yaxşı ki, xilas etdim".

mənbə: milli.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3017 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Freely
Freely 14.03.2018
Qızı xilas etdiyinə görə həbs edəcəklər?Mən bir şey anlamadım.
Farqilit
Farqilit 14.03.2018
Lap goyde tutan imiwki bu kiwi halal olsun


 
olmus_arzular
olmus_arzular 14.03.2018
Emel defterine savab yazildi bir insanin heyatin xilas etdi


 
Gunay_meherremova
Gunay_meherremova 14.03.2018
Hecne yox yetim ADNAN beye oldusa yaziq INNA uzunden gedib hepisxanada yataq


 
zeynalabidin
zeynalabidin 14.03.2018
Allah köməyi Olsun


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər