Bakıda "Mercedes" sürücüsü "Lexus"u qəzaya salıb qaçdı - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda "Mercedes" sürücüsü "Lexus"u qəzaya salıb qaçdı - ANBAAN GÖRÜNTÜLƏR

Martın 10-da paytaxtın Yusif Səfərov küçəsində qəza baş verib.

BiG.AZ xəbər verir ki, qəzanın başvermə adnı Avtosfer.az-ın kamerasına düşüb. Həmin küçənin sağ zolağıyla hərəkət edən 90-UP-906 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qəfildən sol zolağa keçib geriyədönmə yerinə daxil olmaq istəyərkən sol zolaqda hərəkət "Lexus" markalı avtomobilin qarşısına çıxıb. Bu vaxtı "Lexus"-un sürücüsü qəzadan yayınmaq üçün sükanı sola burub, lakin qəza qaçılmaz olub. O, ayırıcı zolağın üzərinə çıxaraq əks istiqamətə keçib. Qəzaya səbəb olan sürücü isə heç nə olmamış kimi dərhal hadisə yerindən yayınıb.

Hadisə şahidlərinin sözlərinə görə "Lexus" markalı avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 847 Tarix: 14.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Picasso
Picasso 14.03.2018
merdimezari axtarmagnan deyilki gelib ozu adami tapirdaa


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər